Azərbaycanda elektron ticarəti həyata keçirən qeyri-rezidentlərə dair qayda təsdiqlənib

Azərbaycanda elektron ticarəti həyata keçirən qeyri-rezidentlərə dair qayda təsdiqlənib

Nazirlər Kabineti “İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nı təsdiqləyib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərarda dəyişiklik ölkə Prezidentinin 6 oktyabr 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin
hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.