Bakıda özəl klinikada ölüm faktı ilə bağlı araşdırma aparılır

Bakıda özəl klinikada ölüm faktı ilə bağlı araşdırma aparılır

Bakıda qadının özəl xəstəxanada ölməsi faktı araşdırılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, 21 dekabr 2023-cü il tarixdə 1971-ci il təvəllüdlü Lətafət Məmmədovanın "Mediacare" klinikasında ölməsi ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək.