Bakıda iyulun 5-6-da keçiriləcək Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər iclası ərəfəsində yüksək vəzifəli rəsmilərin hazırlıq toplantısı keçirilir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" hesabında bildirilib.
Qeyd olunub ki, növbəti 2 gün ərzində hazırlıq toplantısı çərçivəsində Qoşulmama Hərəkatının yekun sənədinin layihəsi müzakirə olunacaq.