Bərdədə xəstəxanada yeni doğulmuş uşağın ölməsi faktı ilə bağlı araşdırma aparılır

Bərdədə xəstəxanada yeni doğulmuş uşağın ölməsi faktı ilə bağlı araşdırma aparılır

Avqustun 13-də Tərtər rayon sakini 1995-ci il təvəllüdlü Fəridə Şahbazovanın yeni doğulmuş uşağının Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum Evində ölməsi faktı ilə bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır. 

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.