Biləsuvarda qadın qətlə yetirilib, həyat yoldaşı saxlanılıb

Biləsuvarda qadın qətlə yetirilib, həyat yoldaşı saxlanılıb

Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən S.Əlillinin həyat yoldaşı 1997-ci il təvəllüdlü Anar Məmiyev polisə gələrək könüllü təslim olub. Həmin şəxs saxlanılıb.

Araşdırılmalar aparılır.