Birdəfəlik ödəniş alan Birinci Qarabağ müharibəsi veteranlarının sayı açıqlanıb

Birdəfəlik ödəniş alan Birinci Qarabağ müharibəsi veteranlarının sayı açıqlanıb

Birinci Qarabağ müharibəsində yaralanan 17234 nəfərə birdəfəlik ödəniş təyin edilib.

Bunu bu gün Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2023-cü ilin 1-ci yarımilliyinin hesabatına dair keçirilən mətbuat konfransı zamanı deyib.

“Bu sahədə 109,9 milyon manat vəsait xərclənib”,- deyə o bildirib.