39 saylı Gəncə ikinci Seçki Dairəsi üzrə parlament seçkilərinə hazırlıq sürətlə davam edir.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 39 saylı Gəncə ikinci Dairə Seçki Komissiyasının (DSK) sədri Zakir Hüseynov deyib. O qeyd edib ki, seçicilərə bildirişlərin paylanılmasına başlanılıb: “Bizim dairə üzrə 36 seçki məntəqəsi var. Seçicilərin sayı isə 50 minə yaxındır. Bütün məntəqələr Mərkəzi Seçki Komissiyası tərəfindən lazımi təchizatla təmin edilib”.
Z.Hüseynov vurğulayıb ki, namizədlərin sayı 8 nəfərdir: “Hazırda namizədlər təşviqat kampaniyası ilə məşğuldur. Onlar açıq və qapalı məkanlarla təmin edilib. Eyni zamanda Gəncə ikinci Seçki Dairəsi üzrə 700-ə yaxın yerli müşahidəçi qeydiyyatdan keçib. Beynəlxalq müşahidəçilər də bir neçə dəfə dairəmizə baş çəkiblər”.