Edillidə kütləvi məzarlıqlarda olan cəsədlərdən üçünün şəxsiyyətləri müəyyənləşdirilib

Edillidə kütləvi məzarlıqlarda olan cəsədlərdən üçünün şəxsiyyətləri müəyyənləşdirilib

Xocavənd rayonunun Edilli kəndi ərazisindəki kütləvi məzarlıqlarda olan meyitlərdən üçünün şəxsiyyətləri müəyyənləşdirilib.

AZƏRTAC xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərlə bağlı keçirilən brifinqdə deyib.

Qeyd edib ki, onlar Əzizov Yusif İsmayıl oğlu, Hüseynov Əli Heydər oğlu və Məmmədov Əsəd Məmməd oğludur.