Mübariz
Bu gün Ermənistanda sözün əsl mənasında anarxiya yaşanır. Bu ölkədə insanları, cəmiyyətin müxtəlif təbəqələrini bir araya gətirəcək yeganə ümummilli ideya bədnam “miatsum” idi ki, artıq o da puç olub. Nikol Paşinyan iqtidarına müxalifətdə olan qüvvələr yaranmış boşluqdan istifadə edərək insanları asanlıqla müxtəlif istiqamətlərə çəkir, onları bir-biri və yaxud hakimiyyətlə qarşı-qarşıya qoyurlar.
Antaqonist ziddiyyətlərin, getdikcə artan qütbləşmənin əsasında isə kütləni idarə edən “liderlərin” özlərinin xaricdəki müxtəlif qüvvələrə və mərkəzlərə bağlı olmaları dayanır.