Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 12-si saat 15:00-a olan məlumatına əsasən Bakı, Sumqayıt, Maştağa, Binə, Neft Daşları, Çilov adası, Şərur, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Xaltan, Qrız, Şabran, Şahdağ, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlıda leysan xarakterli yağış yağıb.
Xidmətdən verilən məlumata görə, Daşkəsən, Göygöl, Gəncə, Balakən, Şəki, Naftalan, Şəki, Balakən, Şamaxı, Qobustan, Qax, Qrız, Lerikdə duman müşahidə olunub.
Bakıda və Abşeron yarımadasında 23°-dək, Naxçıvan Muxtar Respublikasında 24°-dək, Aran rayonlarında 21°-dək, dağlıq rayonlarda 10°-dək isti qeydə alınıb.