İlham Əliyev iraqlı həmkarına təbrik məktubu göndərib

İlham Əliyev iraqlı həmkarına təbrik məktubu göndərib

Azərbaycan Prezidenti İlham Əliyev iraqlı həmkarı Əbdüllətif Camal Rəşidə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"İraq Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan-İraq münasibətləri birgə səylərimizlə bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost İraq xalqına daim əmin-amanlıq və rifah arzulayıram".