Mina partlayışı nəticəsində xəsarət almış hərbçiyə zəruri tibbi yardım göstərilib

Mina partlayışı nəticəsində xəsarət almış hərbçiyə zəruri tibbi yardım göstərilib

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) hərbi qulluqçunun mina partlayışı nəticəsində xəsarət alması hadisəsi ilə bağlı açıqlama verib.

DSX-nin mətbuat xidmətindən bildirilib ki, Qazax rayonu istiqamətində bir nəfər hərbi qulluqçu piyada əleyhinə mina partlayışı nəticəsində ayağının baş barmağından xəsarət alıb. “Ona zəruri tibbi yardım göstərilib”, - deyə DSX-dən bildirilib.