Qazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış və yanğın nəticəsində həlak olanların sayı 43-yə çatıb.
Bu barədə Qazaxıstanın “Xabar-24” Dövlət Telekanalı məlumat yayıb.
Qeyd edilib ki, 3 şaxtaçının axtarışları davam edir.
Bundan əvvəl şaxtada partlayış və yanğın nəticəsində 42 nəfərin öldüyü bildirilmişdi.
Faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.