Hüquqi baxımdan Azərbaycan Qarabağda öz ərazisində hərəkət edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin teleqram kanalında yazıb. Dövlət Dumasının spikeri qeyd edib ki, Qarabağdakı vəziyyət Azərbaycanın daxili işidir.
V.Volodin, həmçinin Qarabağda yaşayan dinc əhalinin hüquq və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.