Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının daha iki müşahidə məntəqəsi bağlanıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bununla bölgədə fəaliyyəti dayandırılan məntəqələrin sayı doqquz olub.