Şabrandan Bakıya gedən sərnişin avtobusu aşıb

Şabrandan Bakıya gedən sərnişin avtobusu aşıb

Martın 19-u səhər saatlarında Şabrandan Bakıya gedən sərnişin avtobusu qəzaya uğrayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Hyundai” markalı mikroavtobus Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində yoldan çıxaraq aşıb. İlkin məlumata görə, sərnişinlərdən xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.