Siyəzən rayon İcra Hakimiyyəti tərəfindən 25 oktyabr 2024-cü il tarixdə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində (78-ci km) 600 ədəd, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Siyəzən rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində (118-ci km) 300 ədəd, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Zarat kəndi ərazisindən keçən hissəsində (beton yol, 81-ci km) 200 ədəd, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Beşdam kəndi ərazisindən keçən hissəsində (97-ci km) 300 ədəd olmaqla ümumilikdə 1400 ədəd müxtəlif növdə ağaclar əkilmişdir.
Ağacəkmə kampaniyasının 28 okyabr 2024-cü il tarixədək davam etdirilməsi və ümumilikdə 11500 ədəd müxtəlif növlərdə ağacların əkilməsi nəzərdə tutulub.
Bugünədək ümumilikdə 8270 ədəd (71,9%) ağac əkilmişdir.