Sentyabrın 21-də Qazaxıstanın Türküstan şəhərində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin Riyaziyyatçılarının VII Konqresi öz işinə başlayıb. Konqresin gedişində dünyanın 20 dövlətindən 400 alimin çıxışı gözlənilir. Açılış mərasimində Konqres iştirakçılarına Qazaxıstan Prezidenti Kasım -Jomart Tokayevin təbrik məktubu oxunub. Bundan başqa, açılış mərasimində Türkiüstan şəhərinin meri, elm - təhsil nazirinin müavini və Yasəvi Universitetinin rektoru iştirak ediblər.
Konqresdə Azərbaycan alimi akademik Fikrət Əliyev iştirak edir.
Konqres plenar məruzələrlə işini davam etdirir.