Türkmənistanda silahlı çevrilişin qarşısı alınıb

Türkmənistanda silahlı çevrilişin qarşısı alınıb

Türkmənistanda silahlı çevrilişə cəhd olub.

Bu barədə ölkənin kütləvi informasiya vasitələri məlumat yayıb.

Bildirilib ki, Türkmənistanın xüsusi xidmət orqanları silahlı çevriliş cəhdinin qarşısını alıb və əsasən Mari vilayətindən olan şübhəlilər saxlanılıb.

Çevrilişin iştirakçıları arasında keçmiş kənd təsərrüfatı naziri Payzigəldi Meredovun oğlu Botir Meredovun da olduğu vurğulanır. Bundan başqa, Türkmənistanın daxili işlər nazirinin müavini Axmet ​​Xocatovun da həbs edildiyi bildirilir.