Ukrayna Ali Radasının nümayəndə heyəti sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcək. "Seçki 2024"Müstəqil Media Mərkəzinin xəbərinə görə, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeriy Kolyux məlumat verib.
V.Kolyux bildirib ki, müşahidə missiyasına Ukrayna Ali Radasından 10 deputat daxildir. Hazırda müşahidə missiyasının proqramı hazırlanır. Ukrayna Ali Radasının müşahidə missiyası avqustun sonlarından Azərbaycanda səfərdə olacaq, seçkinin nəticələrinə dair hesabat hazırlayacaq.