Xocavənddə betonqarışdıran avtomobil aşıb – ölən və yaralanan var

Xocavənddə betonqarışdıran avtomobil aşıb – ölən və yaralanan var

Neftçala rayon sakini Rahil Ağayevin idarə etdiyi betonvuran avtomobil Xocavənd rayonu ərazisində idarəetmədən çıxaraq aşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Böyük Tağlar kəndi ərazisində baş verən hadisə nəticəsində sərnişin Elçin Nəzərov ölüb. Sürücü Rahil Ağayev isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanılıb istintaq aparılır.