Yuxarı Qarabağ kanalında batan var, əraziyə xilasedicilər cəlb edilib

Yuxarı Qarabağ kanalında batan var, əraziyə xilasedicilər cəlb edilib

Yuxarı Qarabağ kanalında batan var, əraziyə xilasedicilər cəlb edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Ağcabədi şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.