Mərmərə dənizində ard-arda iki yeraltı təkan baş verib.
Türkiyə Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) məlumatına əsasən, yeraltı təkanlar 5,1 və 4,5 bal gücündə olub.
Zəlzələnin episentri Bursa vilayətinin Mudanya rayonuna yaxın, Mərmərə dənizinin Gemlik körfəzidir. Ocağı 8.98 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar İstanbul da daxil olmaqla, bir çox bölgədə hiss edilib.
Təbiət hadisəsi ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Ali Yerlikaya başda AFAD olmaqla bütün aidiyyəti qurumların səfərbər edildiyini bildirib.