YAP Kəlbəcər rayon təşkilatı tərəfindən ağacəkmə aksiyası keçirilib


Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümü münasibətilə YAP Kəlbəcər rayon təşkilatı tərəfindən Gəncə şəhərinin Gülüstan qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub.

Aksiyada YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, ərazi partiya təşkilatlarının sədrləri, YAP veteranları və partiya fəalları iştirak ediblər.
Aksiya çərçivəsində ərazidə yeni ağaclar əkilib, mövcud yaşıllıq sahələrində abadlıq və təmizlik işləri aparılıb. Həmçinin əkilən ağacların suvarılması təmin edilib, yaşıllıqlara aqrotexniki qaydalara uyğun qulluq göstərilib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünə həsr olunan bu aksiya ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi, ekoloji tarazlığın qorunması və ekoloji mədəniyyətin təşviqi məqsədi daşıyır.
Belə təşəbbüslər partiyanın ictimai məsuliyyət prinsiplərinə sadiqliyinin, ətraf mühitin qorunmasına və gələcək nəsillər üçün daha sağlam ekoloji mühitin yaradılmasına verdiyi töhfənin bariz nümunəsidir.