Viza prosedurları sadələşdirilir
27.08.2025 [11:53]
“Formula 1” yarışına gələn əcnəbilər “ASAN” viza əldə edəcəklər
2025-ci ildə Bakı şəhərində keçiriləcək “Formula 1” yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdiriləcək. Dövlət başçısının bununla bağlı imzaladığı müvafiq sərəncama əsasən, müvafiq təşkilatlara viza rejiminin sadələşdirilməsi üçün tapşırıqlar verilib. Belə ki, Dövlət Miqrasiya Xidməti Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə “Formula 1” yarışına görə, ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verəcək. Həmin məlumatlar elektron resurslarda əks etdirilməklə aviaşirkətlər tərəfindən əcnəbi vətəndaşlara çatdırılacaq. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi yarışla bağlı ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Formula One Management Limited” Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat verəcək. “Formula 1” yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” Şirkəti və Beynəlxalq Avtomobil Federasiyası isə müvafiq qaydalara uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və digər sənədlərin verilməsini təmin edəcək. Azərbaycana səfər edəcək əcnəbilərə “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı yaradılacaq. Sadələşdirilmiş viza barədə məlumat və prosedurlar Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdiriləcək. Dövlət başçısının tapşırığına əsasən, Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı, “Formula 1” yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənədlər də qısa dövr ərzində öz həllini tapacaq.
“ASAN Viza” xarici turistlər üçün asan giriş qapısıdır
Qeyd edək ki, Azərbaycan hökuməti xarici turistlərin gəlişini stimullaşdırmaq üçün asan viza rejimini təmin edib. Dövlət başçısının 2016-cı il 1 iyun tarixli “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” fərmanı ilə “ASAN Viza” sistemi yaradılıb. 2017-ci ildən fəaliyyət göstərən “ASAN Viza” sistemi vasitəsilə verilən elektron vizaların rəsmiləşdirilməsi proseduru həyata keçirilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “www.evisa.gov.az” internet səhifəsinə daxil olaraq bu prosedurları çox rahatlıqla həyata keçirirlər. Sistem vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı 3 addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) əldə edirlər. “ASAN Viza” sistemi üzərindən qeyri-iş və bayram günlərindən asılı olmayaraq 3 saat ərzində sürətləndirilmiş viza rəsmiləşdirilməsini təmin etmək mümkündür.
Bütün bunlar bir daha onu təsdiqləyir ki, Azərbaycan beynəlxalq idamn yarışlarına tamaşa etmək üçün gələn turistlərin viza məsələlərinə ən operativ və asan qaydalar yaradıb.
Viza təşviqləri turizmin və biznesin inkişafını motivasiya edir
Bütün bu viza təşviqləri ölkəmizə gəlmək istəyən xarici qonaqları turizm motivasiyalarını artırır. Azərbaycanda keçirilən “Formula 1” Avropa Qran Pri yarışı xarici qonaqlar üçün olduqca maraq doğurur və bir neçə ildir ki, bu beynəlxalq yarışı izləmək üçün ölkəmizə səyahət edən turistlərin sayı artır. Viza rejiminin asanlaşdırılması və sadələşdirilməsi isə bu axını bir qədər də artırır. Bu baxımdan asan viza rejiminin tətbiqi turizm sektoruna və eləcə də hotel, restoran, xidmət, iaşə və ümumilikdə iqtisadi sektora da mühüm faydalar verir. Xarici turistlər Bakıda qaldıqları müddətdə xərclədikləri pullarla turizm və xidmət sektoruna, eləcə də digər iqtisadi sahələrə gəlir əldəetmə şansı yaradırlar.
Sadələşdirilmiş viza rejimi, həmçinin, kiçik sahibkarlıq və biznes icması üçün yeni fürsət olmaqla, onların da marağını yüksəldir. Eyni zamanda, bu yarışa gələn xarici qonaqlar arasında nüfuzlu investorlar, biznes təmsilçiləri də yer alırlar, onlar bu səyahətdən bir iqtisadi fürsət və axtarış kimi istifadə edərək Azərbaycanın biznes və investisiya mühiti ilə birbaşa tanış olur, xidmət və ticarət sektorlarında öz partnyorları ilə təmas qururlar. Bir çox hallarda kəşfiyyat xarakteri daşıyan bu səfər və görüşlər uğurlu biznes sövdələşmələri, müştərək ticari layihələrin ərsəyə gəlməsi ilə bitir.
Bütün bunlar bir daha “Formula-1” yarışının uğurlu layihə kimi turizm və qeyri-neft sektorunun inkişafı, sərmayələrin cəlb olunması baxımından olduqca önəmini göstərir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22

