Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək

Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək

22.09.2026 [12:29]

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin beynəlxalq platformalarda mövqeyini müdafiə edəcəyini bildirib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bunu İran Prezidenti BMT Baş Assambleyasının iclaslarında iştirak etmək üçün Nyu-Yorka yola düşməzdən əvvəl deyib.

Pezeşkian bildirib ki, BMT Baş Assambleyasının toplantılarında xalqına qarşı törədilmiş cinayətlər barədə danışacaq və ölkəsinin mövqeyini diqqətə çatdıracaq.

Vurğulanıb ki, İran dəfələrlə danışıqlar masasına əyləşib və müxtəlif razılaşmalar imzalayıb. Pezeşkian qarşı tərəfin götürdüyü öhdəliklərə əməl etmədiyini və razılaşmaların müddəalarını pozduğunu bildirib.

Pezeşkian əlavə edib ki, qarşı tərəf İrana hərbi yollarla təsir göstərə bilmədiyi üçün hava və quru yollarının bağlanmasına əl atır.

Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb. Onun sentyabrın 23-də Baş Assambleyanın yüksək səviyyəli iclasında çıxış etməsi gözlənilir.

Paylaş:
Baxılıb: 42 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

İqtisadiyyat

Gündəm

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30