Vətən müharibəsinə sayılı günlər qalırdı...
22.09.2026 [08:30]
2020-ci il sentyabrın 22-də Vətən müharibəsinin başlamasına cəmi 5 gün qalırdı. Sentyabrın 27-də Ermənistanın keçmiş təmas xətti boyunca növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin göstərişləri əsasında Azərbaycan Ordusu tərəfindən əks-hücum əməliyyatı işə düşdü. “Dəmir Yumruq” adlandırılan bu əməliyyat şanlı Zəfərimizlə sonuclanan Vətən müharibəsinə çevrildi.
Azərbaycan xalqı və dövləti işğal faktı ilə barışa bilməzdi və barışmadı da!
İşğal faktına baxmayaraq, respublikamız 30 ilə yaxın müddətdə ATƏT-in artıq tarixin arxivinə atılmış Minsk qrupu formatında aparılan danışıqlarda konstruktivlik göstərərək Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasına çalışdı. Bununla belə, danışıqlar heç bir nəticə vermədi, əksinə, aydın şəkildə müşahidə edildi ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyir, keçmiş status-kvonu möhkəmləndirməyə, əbədi etməyə çalışır.
Azərbaycan xalqı və dövləti işğalla barışa bilməzdi və barışmadı da! Ölkəmizdə danışıqlar prosesi ilə paralel şəkildə iqtisadiyyatın gücləndirilməsi, müasir, istənilən vəzifəni yerinə yetirməyə qadir olan ordu quruculuğu siyasəti həyata keçirildi. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gələn böyük siyasətçi Heydər Əliyev qısa müddətdə vətəndaş həmrəyliyini təmin etməklə ölkənin perspektiv inkişafı üçün fundamental zəmin yaratmışdı. Sonrakı mərhələdə bu yolu uğurla davam etdirən Prezident İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası üçün ilk növbədə, iqtisadi gücün vacibliyini bəyan etdi. Düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində Azərbaycan güc toplamağa başladı, iqtisadi müstəqillik təmin edildi. Ölkənin iqtisadi cəhətdən yüksəlişi ordu quruculuğunda da dönüşə səbəb oldu, Azərbaycan Ordusunun arsenalı ən müasir silah və hərbi texnika ilə gücləndirildi, hərbçilərin bilik və bacarıqları artırıldı, onların sosial müdafiəsinin, iş şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın müdafiə sənayesi inkişaf etdirildi, ordunun tələbatının böyük hissəsi daxili istehsal hesabına təmin olundu. Milli müdafiə sənayesi 1000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal etməyə başladı və müasir silahların ixracatçısına çevrildi.
Ən əsası isə Azərbaycan xalqı ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm və həmrəylik göstərdi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən, formalaşan vətənpərvər gənclər Vətəni qorumaq üçün hər cür fədakarlığa hazır olduqlarını dönə-dönə sübut etdilər.
Eyni zamanda, ötən dövr ərzində çoxşaxəli, prinsipial, dürüst xarici siyasətin yürüdülməsi, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə fəal işin aparılması, sıx əlaqələrin qurulması, həyata keçirilən regional enerji və kommunikasiya layihələri respublikamızın etibarlı tərəfdaş kimi mövqeyini xeyli gücləndirdi, ölkənin nüfuzunu artırdı, bölgədə Azərbaycanın iradəsi həlledici amilə çevrildi.
Bütün bu amillər Azərbaycanın mütləq Qələbəsini tam şərtləndirdi və onun əldə edilməsi zaman məsələsinə çevirdi.
Düşmən təxribatları artırırdı
Sülh tərəfdarı olan Azərbaycan dəfələrlə Ermənistanı işğal etdiyi ərazini geri qaytarmağa çağırdı. Ermənistan isə nəinki onlara məhəl qoymadı, əksinə, “yeni torpaqlar uğrunda yeni müharibə” ritorikasına keçdi. Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” açıqlaması qarşı tərəfin işğalçılıq siyasətinin ən bariz etiraflarından birinə çevrildi. Azərbaycan Prezidenti İlham Əliyev isə 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışı zamanı N.Paşinyanın bu bəyanatına “Qarabağ Azərbaycandır və nida işarəsi” deməklə sərt reaksiya verdi.
Keçmiş təmas xətti və şərti sərhədlər boyunca Ermənistan tərəfindən törədilən təxribatlar da artırdı. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatlarına əsasən, sentyabrın 23-ü və sonrakı günlərdə Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdə, xüsusilə Tərtər, Ağdam, Füzuli, Goranboy, Tovuz və Gədəbəy rayonları istiqamətində atəşkəsi iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə intensiv şəkildə pozurdu. Müharibədən cəmi bir neçə gün əvvəl, sentyabrın 21-də Tovuz istiqamətində düşmən təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid oldu. Bu, vəziyyətin kritik həddə çatmasının birbaşa göstəricisi idi. Bundan başqa, Ermənistan ordusu Azərbaycan mövqeləri üzərində kəşfiyyat uçuşları keçirmək üçün PUA-lardan istifadə etməyə cəhd göstərirdi. Həmin günlərdə Azərbaycanın Hava Hücumundan Müdafiə qoşunları düşmənin bir neçə taktiki PUA-sını zərərsizləşdirdi.
Beləliklə, Ermənistanın sahədəki vəziyyəti hədsiz dərəcədə gərginləşdirməsi müharibəni qaçılmaz edirdi. Azərbaycan Silahlı Qüvvələri düşmənə cavab vermək üçün tam hazır vəziyyətə gətirilmişdi.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17
Elm
22 Sentyabr 20:12
Dünya
22 Sentyabr 19:45
YAP xəbərləri
22 Sentyabr 19:37
Dünya
22 Sentyabr 19:17
Dünya
22 Sentyabr 18:35
Analitik
22 Sentyabr 18:19
Dünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40
Sosial
22 Sentyabr 16:12
Formula 1
22 Sentyabr 15:56
Dünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16

