Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyə Prezidenti BMT TŞ daimi üzvlərinin veto hüququnu ləğv etməyə çağırıb

Türkiyə Prezidenti BMT TŞ daimi üzvlərinin veto hüququnu ləğv etməyə çağırıb

22.09.2026 [10:32]

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasında hərtərəfli islahatların aparılmasına, o cümlədən daimi üzvlərin veto hüququnun ləğv edilməsinə çağıraraq qeyd edib ki, beynəlxalq sistem bugünkü qlobal reallıqları daha yaxşı əks etdirməlidir.

AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, Ərdoğan “Bloomberg” üçün yazdığı “Dəyişən dünyada qlobal ədalət axtarışı" adlı məqaləsində pandemiyalar, enerji şokları, təchizat zəncirlərindəki fasilələr və regional münaqişələr də daxil olmaqla son böhranların qlobal problemlərin həllini bir neçə paytaxtın qərarlarına buraxmağın doğru olmadığını göstərdiyini vurğulayıb. O əlavə edib ki, qlobal qərar qəbuletmə mexanizmləri artıq bugünkü şərtlərə uyğunlaşmalı, BMT Təhlükəsizlik Şurasında İkinci Dünya müharibəsindən sonra qurulmuş struktur aradan qaldırılmalıdır.

R. T. Ərdoğan daha təsirli, ədalətli və hesabatlı təmsilçilik sisteminin zəruri olduğunu qeyd edib və qlobal qərar qəbuletmədə daha geniş iştiraka çağırıb. O, Türkiyənin “dünya beşdən böyükdür” tezisinin beynəlxalq sistemdə məsuliyyətin daha geniş bölüşdürülməsinə çağırış kimi başa düşülməli olduğunu bildirib. Türkiyə Prezidenti əlavə edib ki, illərdir BMT TŞ veto hüququna malik beş üzvün - ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çinin qeyri-mütənasib təsiri ilə üzləşir. Onun sözlərinə görə, islahat ehtiyacını konkret yol xəritəsinə çevirmək vacibdir. Bu yol xəritəsinin mərkəzində veto imtiyazının ləğvi dayanmalıdır. Ərdoğan əlavə edib ki, islahatlar heç bir ölkənin beynəlxalq ictimaiyyətin əksəriyyətinin iradəsini bloklamaq üçün daimi imtiyaza malik olmaması prinsipinə əsaslanmalıdır.

Paylaş:
Baxılıb: 71 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

İqtisadiyyat

Gündəm

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30