Rusiya iqtisadi sanksiyalar qarşısında...
22.09.2026 [10:59]
Hazırda dünyada baş verən hadisələr fonunda “sanksiya siyasəti” daha geniş şəkildə tətbiq olunmağa başlayıb. Dünyanın böyük dövlətləri və blokları qarşılıqlı olaraq sanksiyalar tətbiq etməklə öz üstünlüklərini təmin etməyə çalışırlar. Bu mənada son illərdə ən çox sanksiyalara məruz qalan ölkələrdən biri Rusiyadır. Sanksiya tətbiq edən ölkələr arasında ABŞ-ı lider hesab etmək mümkündür. Yeri gəlmişkən, bir neçə gün öncə ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya rəsmilərini, maliyyə qurumlarını, energetika və müdafiə sektorlarını hədəf alan geniş sanksiyalar paketini səsverməyə çıxarıb. Sənəd 262 lehinə və 159 əleyhinə səslə təsdiqlənib. Qanun layihəsi daha əvvəl Senatda 86 səs lehinə, 11 səs əleyhinə olmaqla qəbul edilib. Layihə imzalanması üçün Prezident Donald Trampa göndərilib.
Tramp qanun layihəsini təsdiqləyib
Donald Tramp da qısa müddətdə Konqres tərəfindən qəbul edilmiş və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. Bu barədə Ağ Evin saytında yerləşdirilən bəyanatda bildirilib. Bəyanatda qeyd olunduğu kimi, ABŞ lideri sentyabrın 18-də “Rusiyaya qarşı sanksiyaların, rüsumların və qadağaların tətbiqini və genişləndirilməsini, həmçinin İrana qarşı qüvvədə olan sanksiyaların müddətinin uzadılmasını nəzərdə tutan” layihəni təsdiq edib.
Sənəd Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi üzərində bir ildən çox çalışmış Cənubi Karolinanın mərhum senatoru Lindsi Qremin adını daşıyır. Layihə Rusiyanın sanksiyalardan yayınmasına kömək edən neft tankerlərini də hədəfə alır, həmçinin Rusiya enerjisinin əsas alıcılarına qarşı 100 faizədək gömrük rüsumlarının tətbiqinə imkan verir.
Qeyd edək ki, bu sənəd Donald Trampın Ağ Evə qayıtmasından sonra Ukraynanın dəstəklənməsinə yönəlmiş ən genişmiqyaslı qanunvericilik təşəbbüslərindən biri hesab olunur.
ABŞ əvvəllər də Rusyaya qarşı sanksiyalar tətbiq edib. Məsələn, bir müddət əvvəl ABŞ Maliyyə Nazirliyinin açıqlamasına görə, sanksiyalara “Rosneft” və “Lukoyl” neft şirkətləri də məruz qalıb. “ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Rusiyanın Ukraynadakı müharibənin sülh yolu ilə başa çatdırılması prosesinə ciddi sadiqlik göstərməməsi səbəbindən əlavə sanksiyalar tətbiq edir”, - deyə Maliyyə Nazirliyinin açıqlamasında qeyd olunub. Siyahılarda təxminən 30 törəmə şirkəti olan “Rosneft”in “Sibneftegaz”, “Rospaninterneşnl”, “RN-Purneftegaz” kimi şirkətləri də sanksiyalara düşüb. ABŞ Maliyyə Nazirliyi açıqlamada “50 faiz qaydası”nı xatırladıb. Belə ki, “SDN List”də adıçəkilən şirkətlərin bütün törəmə şirkətləri, hətta “qara siyahı”da birbaşa adları çəkilməsə belə, sanksiya altında hesab olunur.
Vaşinqton Kiyevə 2,68 milyard dollar həcmində silah da satacaq
Ukrayna Prezidenti Volodimir Zelenski isə bu qanun layihəsinin qəbuluna görə ABŞ-a təşəkkür edib. Bundan əlavə, onun Nyu-Yorka səfəri çərçivəsində D.Trampla görüşü gözlənilir. Bu barədə razılıq liderlərin telefon danışığında əldə olunub. Zelenski bu barədə özünün “Telegram” kanalında məlumat yayıb: “Prezident Trampla danışdım. Bu, vacib bir söhbət idi və biz bir çox məsələləri müzakirə etdik. Biz Nyu-Yorkda görüşməyə razılaşdıq və bu görüş çox şeyi dəyişə bilər”.
Sanksiya siyasətinə paralel olaraq, ABŞ Dövlət Departamenti Ukraynaya ümumi dəyəri 2,68 milyard dollar olan hava hücumundan müdafiə sistemləri və sursatlarının mümkün satışını təsdiqləyib. Dövlət Departamentinin yaydığı məlumata görə, Ukrayna S-300 sistemlərinin raket analoqlarını, GAM-67 raketlərini, uzaqmənzilli lazerlə idarə olunan raket sistemlərini, özüyeriyən və mobil buraxılış qurğularını, pilotsuz uçuş aparatlarının aşkarlanması sistemlərini, habelə əlaqəli avadanlıq və texniki xidmətlərin alınmasını istəyib. Dövlət Departamenti sözügedən vasitələrin əsas hərbi texnika və silah kateqoriyasına aid olmadığını bildirib. Bəyanatda qeyd olunub ki, mümkün satışın Avropa ölkələri, eləcə də ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyası tərəfindən Ukraynaya ayrılmış vəsait hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Bu məqsədlə xarici ölkələrə ABŞ istehsalı olan hərbi məhsulların alınması üçün qrant və kreditlər təqdim edən Xarici Hərbi Maliyyələşdirmə mexanizmindən istifadə ediləcək.
Böyük Britaniya da Rusiyaya yönəlik sanksiyaları genişləndirir
ABŞ-ın strateji müttəfiqi olan Böyük Britaniya da Rusiyaya yönəlik sanksiyaları genişləndirir. Belə ki, yeni siyahıya 19 yeni şəxs və təşkilatı, o cümlədən Moskvanı dəstəkləməkdə və ya Rusiya enerji məhsullarını daşımaqda ittiham olunan altı gəmini əlavə edib. “The Guardian” nəşri xəbər verir ki, Böyük Britaniya xarici siyasət idarəsinin məlumatına görə, Rusiyanın 6 maliyyə qurumu - “Ozon Bank”, Rusiya İxrac-İdxal Bankı, “Center-Invest Bank”, “Realist Bank”, “Bank Stavr” və “Teleport Bank” aktivlərin dondurulması, etibarnamə xidmətlərinin məhdudlaşdırılması və direktorların vəzifədən kənarlaşdırılması sanksiyaları ilə hədəfə alınıb.
Böyük Britaniya maliyyə qurumlarına, həmçinin sadalanan
banklarla müxbir bank münasibətləri saxlamaq və ya onların vasitəsilə ödənişləri emal etmək qadağan edilib. “Northern Engineering” MMC-də Rusiyanın strateji əhəmiyyətli enerji sektorundakı əməliyyatlarına görə sanksiyaya məruz qalıb. Bundan başqa, Hindistanda yerləşən “Frion Ship Management LLP” şirkəti “Arctic Express LNG” tankerinin Rusiyanın mülkiyyətinə və nəzarətinə verməsi səbəbindən siyahıya salınıb.
“Metallkomplekt”, “Nikom”, “Promsiz” və “Technolux” da daxil olmaqla Rusiyanın 4 şirkəti Ukraynanın qeyri-sabitliyinə və ya ərazi bütövlüyünə təhdid yarada biləcək mal və ya texnologiya tədarük etdiyi iddiası ilə sanksiyalara məruz qalıb. Siyahıda, həmçinin “Siltron” kimya şirkətinin sahibi, Rusiya vətəndaşı Aleksandr Jdanov da var. O, aktivlərin dondurulması, səyahət qadağası, etibarnamə xidmətləri məhdudiyyətləri və direktorun diskvalifikasiyası tədbirləri ilə üzləşir. Altı gəmiçilik şirkəti - “Arctic Express”, “Perseas”, “Torvian”, “Asteras”, “Visund” və “Zenturo” da ticarət sanksiyaları altına alınıb.
Böyük Britaniya hökuməti bildirib ki, Rusiya bayrağı altında üzən “Arctic Express” tankeri Rusiya mənşəli mayeləşdirilmiş təbii qazı üçüncü ölkəyə daşıyıb. Digər beş gəmi isə Rusiyanın neft və ya neft məhsullarını üçüncü ölkələrə daşımaqda ittiham olunub. Gəmilərin Böyük Britaniya limanlarına daxil olması qadağandır - onlar saxlanıla və ya əks istiqamətdə hərəkət etmələri üçün göstəriş verilə bilər. Həmin tankerlərə texniki, heyət, əməliyyat, çarter, vasitəçilik və ya maliyyə xidmətləri göstərmək də qadağandır. Böyük Britaniya maliyyə qurumlarına, həmçinin sadalanan banklarla müxbir bank münasibətləri saxlamaq və ya onlar vasitəsilə ödənişləri emal etmək qadağan olunub.
Avropa İttifaqı ölkələri isə iyul ayının sonlarında Rusiyaya qarşı 21-ci sanksiya paketi ilə bağlı razılığa gəlib. Bu paket bank sektoruna məhdudiyyətləri sərtləşdirmək və neft-qaz sənayesinə təzyiqi artırmaq məqsədi daşıyır. Paket Aİ-nin əməliyyat qadağaları siyahısına Rusiyanın 32 bankını əlavə edir, həmçinin kriptovalyuta şirkətlərini və neft ticarət platformalarını hədəf alan tədbirləri nəzərdə tutur. Aİ, həmçinin Moskvanın bazar şoklarından faydalanmasının qarşısını almaq üçün Rusiya neftinin qiymət həddinin tənzimlənməsini bir il müddətinə donduracaq. Bu sanksiyalarla həm də, Aİ ilk dəfə olaraq Rusiyanın “kölgə donanmasına” kömək edən gəmiləri də hədəfə alır.
Rusiyanın hərbi-sənaye kompleksləri sanksiyalar siyahısında...
Bununla kifayətlənməyən rəsmi Brüssel avqust ayında isə Rusiyanın hərbi-sənaye kompleksini dəstəklədiyi iddia edilən beş şəxsə qarşı yeni sanksiyalar qəbul edib. Aİ Şurası bəyan edib ki, siyahıya alınan beş şəxs müdafiə və hərbi texnologiya sektorlarında fəaliyyət göstərən Rusiya şirkətlərində, o cümlədən Ukraynadakı müharibədə RF silahlı qüvvələri tərəfindən istifadə edilən hərbi texnikanın hazırlanması, istehsalı və təchizatı ilə məşğul olan firmalarda yüksək vəzifələr tutur. Qeyd olunub ki, sanksiyaya məruz qalanlar arasında Rusiyanın “İskəndər-M” ballistik raketində istifadə olunan sistemlər də daxil olmaqla dəqiq elektromexaniki komponentlərin istehsalı ilə məşğul olan “Serpuxov metallist zavodu” ASC-nin baş direktoru Ramil Badqutdinov da var.
Aİ, həmçinin RS-28 “Sarmat” raket sistemi də daxil olmaqla ballistik raketlərin istehsalı ilə məşğul olan “Krasnoyarsk Maşınqayırma Zavodu” ASC-nin baş direktoru Aleksandr Dyukarevi də siyahıya salıb. Şura bildirib ki, sanksiyaya məruz qalan digər şəxslər arasında hərbi rabitə sistemlərinin istehsalında, həmçinin pilotsuz uçuş aparatları və kosmosla əlaqəli hərbi texnologiyalar üçün proqram təminatının hazırlanmasında iştirak edən Rusiya şirkətlərinin rəhbərləri də var. Sanksiyalar rejimi altına düşən şəxslərin aktivləri dondurulur, onlara birbaşa və ya dolayı yolla vəsait və ya iqtisadi resursların verilməsi qadağandır. Bu şəxslər, həmçinin Aİ-yə üzv ölkələrə giriş və ya tranzit imkanlarının qarşısını alan səyahət qadağasına məruz qalırlar.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17
Elm
22 Sentyabr 20:12
Dünya
22 Sentyabr 19:45
YAP xəbərləri
22 Sentyabr 19:37
Dünya
22 Sentyabr 19:17
Dünya
22 Sentyabr 18:35
Analitik
22 Sentyabr 18:19
Dünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40
Sosial
22 Sentyabr 16:12
Formula 1
22 Sentyabr 15:56
Dünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16
Gündəm
22 Sentyabr 08:54
Gündəm
22 Sentyabr 08:30
Hadisə
22 Sentyabr 07:52
Sosial
22 Sentyabr 07:23

