Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Dövlət qulluğuna qəbul imtahanı vermək üçün 1753 nəfər qeydiyyatdan keçib

Dövlət qulluğuna qəbul imtahanı vermək üçün 1753 nəfər qeydiyyatdan keçib

22.09.2026 [10:35]

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 24-də dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC, B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan vermək üçün 1753 namizəd ərizə təqdim edib.

İmtahanlar elektron formada Bakı və Naxçıvan şəhərlərində iki növbədə (saat 10:00 və 16:00) keçiriləcək. Namizədlər müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra imtahan binasına buraxılmayacaqlar.

İmtahana buraxılış vərəqəsində imtahanın yeri, vaxtı, binası, imtahana gəlməli olduqları saat və digər zəruri məlumatlar əks olunub.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli və buraxılış vərəqəsi ilə gəlməlidirlər.

Paylaş:
Baxılıb: 48 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

Dünya

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Neft ucuzlaşır

21 Sentyabr 10:47

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30