Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Yay məktəbi" layihəsinin üstün cəhətləri hansılardır? 

“Yay məktəbi" layihəsinin üstün cəhətləri hansılardır? 

16.07.2024 [14:04]

Təhsil ocaqlarında tətil ayları olmasına baxmayaraq "Məktəblinin dostu" layihəsinin təşkilatçılığı ilə layihənin tətbiq olunduğu ümumi təhsil müəssisələrində "Yay məktəbi" həyata keçirilir.

Yay məktəbinin məqsədi məktəblilərin yay tətili dövründə onlara əyləncəli və öyrədici proqramlar təşkil etməklə asudə vaxtlarını səmərəli keçirmələrinə dəstək olmaqdır. 

“Məktəblinin dostu” layihəsinin PR meneceri Nərgiz Kərimova "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, yay məktəbinin proqramına əsasən burada şagirdlər üçün təlim, seminar və informativ sessiyalar, eyni zamanda, müxtəlif idman yarışları, əyləncəli saatlar təşkil olunur: "

Məktəblinin dostları “Fövqəladə hallarda davranış qaydaları”,  “İlk tibbi yardım”, “Yol hərəkəti qaydaları”,  "Sosial şəbəkələrdən faydalı istifadə", ”İnternet təhlükəsizliyi”, “Düzgün danışıq, nitq bacarıqlarının həyatımızda rolu”, “Təbiəti qoruyaq”, “Heyvanlara qayğı”, “Təlimçi məktəbli” kimi mövzuları əhatə edən maarifləndirici təlimlər  həyata keçirirlər". Qeyd edək ki, 

"Məktəblinin dostu" layihəsinin təşkil etdiyi "Yay məktəbi" iki ay müddətini əhatə edir. 

İyul ayında 5 və 6-cı sinif şagirdləri, avqust ayında isə  7 və 8-ci sinif şagirdləri cəlb olunur.

Havar Şəfiyeva 

Paylaş:
Baxılıb: 527 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31