Kosmetik prosedurlar hansı problemlərə yol açır?
17.07.2024 [12:14]
Son dövrlərdə istifadə olunan bir çox kosmetik prosedurlar bəzi hallarda problemlərə yol açır. Bunlara misal olaraq botulotoksin terapiyası, fillerin istifadəsi və s misal gətirə bilərik.
Kosmetoloq Zümrüd Rəhimova "Yeni Azərbaycan" a müsahibəsində kosmetik inyeksion prosedurların potensial problemlərindən ətraflı danışıb:
"Belə prosedurlarda ən çox rast gəlinən hal allergik reaksiyalardır. Bu zaman dəri şişkinlik, qızartı və qaşıntı kimi simptomlarla özünü göstərə bilər. İnfeksiya riski - inyeksiya yerlərində infeksiya riskləri əmələ gəlir. Bu, cərrahi olmayan prosedurlar üçün nadir olsa da, mümkündür.
Asimmetriya və əzələ zəifliyi - botulotoksin terapiyası və dolğular (filler) düzgün tətbiq edilmədikdə üz asimmetriyasına və ya əzələ zəifliyinə səbəb ola bilər.
Qarşılıqlı təsir reaksiyaları - bəzi dərmanlarla qarşılıqlı təsirlər nəticəsində ağırlaşmalar yarana bilər".
Bəs proseduru həyata keçirən şəxslərin diqqət etməli olduğu əsas məqamlar hansılardır?
Mütəxəssis bildirir ki, insanlar müraciət zamanı təcrübəli və sertifikatlı həkim seçməlidirlər: "İnyeksiyaları yalnız təcrübəli və sertifikatlı dermatoloq və ya plastik cərrah tərəfindən etdirmək vacibdir. Bu, ağırlaşmaların qarşısını almağa kömək edər. Eyni zamanda prosedurdan əvvəl həkimlə ətraflı məsləhətləşmə aparmaq vacibdir. Pasiyent gözləntilərini və hər hansı sağlamlıq problemlərini müzakirə etməlidir və yalnız təsdiqlənmiş - gigiyenik sertifikatı olan və keyfiyyətli inyeksiya məhsulları istifadə edilməlidir".
Bəs kimlər kosmetik inyeksion prosedurlardan isrifadə edə bilməz sualına gəldikdə isə bunlara hamilə və ya süd verən qadınlar daxildir. Çünki botulotoksin terapiyası və dolğuların hamilə və ya süd verən qadınlarda təhlükəsizliyi tam öyrənilməyib, buna görə də bu vəziyyətdə olan qadınlara prosedur məsləhət görülmür. Bundan əlavə dəridə xroniki xəstəlikləri olan şəxslər (məsələn, psoriaz, ekzema) inyeksiya prosedurlarından çəkinməlidir, çünki bu, mövcud vəziyyəti pisləşdirə bilər. Həmçinin İnyeksiya olunacaq maddələrə qarşı əvvəllər ciddi allergik reaksiyalar yaşamış şəxslərə bu prosedurlar məsləhət görülmür".
Elə bunların nəticəsi olaraq deyə bilərik ki, kosmetik inyeksion prosedurlar keçirməzdən əvvəl araşdırmalı və hər cəhəti nəzərə alınmalıdır.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35

