“Zəfər tariximizin fatehləri”
03.10.2024 [11:35]
Tanınmış ictimai-siyasi xadim, YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə İctimai Birliyi”nin sədri Zərifə xanım Quliyevanın “Zəfər tariximizin fatehləri” adlı kitabı geniş oxucu kütləsinin ixtiyarına verilib. Bu kitab Z.Quliyevanın son illərdə müxtəlif qəzet və portallarda dərc olunan məqalələri, müsahibələri, şərh və rəyləri əsasında tərtib olunub.
Z.Quliyeva yeni ərsəyə gəmiş kitabında, yeri gəlmişkən, qeyd edək ki, bu, Zərifə xanımın altıncı kitabıdır, toplanmış məqalələrində Azərbaycan torpaqlarının Prezident İlham Əliyevin rəhbərliyi, müdrikliyi, uğurlu xarici siyasəti sayəsində işğaldan azad ediləcəyinə, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdacağına əminliyini ifadə edirdi. O, dönə-dönə yazır və bildiridi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımız azad ediləcək, xalqımıza utanc gətirən məcburi köçkün sözü ləğv ediləcək, işğalçı Ermənistan ordusunun doğma dədə-baba yurdlarından didərgin saldığı soydaşlarımız isti ocaqlarına dönəcəklər. Çünki Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də keçirilmiş andiçmə mərasimində milyonların qarşısında əlini Qurani-Kərimə, Konstitusiyamıza qoyaraq and içmişdi. Bu gün də həmin sözlər hər birimizin yaddaşındadır: “Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.
Z.Quliyeva yazır ki, çoxlarına əfsanə, rəvayət kimi görünən bu vəd artıq reallığa çevrilib. İşğaldan azad edilmiş ərazilərimizdə sürətli genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işlərinə başlanılıb. Dünyanın bir sıra dövlətlərinin, həmçinin beynəlxalq miqyaslı iri şirkətlərin də bu işlərdə fəallıq göstərmələri Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin dəstəklənməsindən xəbər verir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad edimiş həmin əraziləri qarış-qarış gəzir, yenidənqurma, tikinti-quraşdırma işlərində və mədəni irsimizin bərpasında tövsiyə və tapşırıqlarını verirlər. Artıq Qarabağ əvvəlkindən də cazibədar görünür. Həmin ərazilərdə 3 aeroport tikilir. Artıq ikisi istifadəyə verilib. Hətta bu aeroportlar xarici qonaqları, dövlət başçılarını qəbul edib. Prezidentin imzaladığı I “Böyük Qayıdış” proqramı da reallaşıb. Soydaşlarımız böyük coşqu ilə doğma dədə-baba yurdlarına qayıdırlar. Müxtəlif ölkələrin dövlət başçılarının Qarabağa səfərləri bu ərazilərdə öz ölkələrinin adından məktəb və digər müəssisələrin tikintisini reallaşdırmaları dünyaya bəyan edir ki, “Qarabağ Azərbaycandır!”
Zərifə xanımın son illər aparıcı mediada dərc olunmuş müxtəlif mövzulu məqalələrinin “Zəfər tariximizin fatehləri” adlı kitabında bir araya gətirməsi bugünümüz üçün vacib və zəruridir. Əvvəlcə yeni kitabına seçdiyi ada münasibət bildirmək istərdim. Həm xalqımız, həm dünya azərbaycanlıları, həm də beynəlxalq ictimaiyyətə çox yaxşı məlumdur ki, Ermənistan üzərindəki tarixi Qələbəmizin memarı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, ona həmişə mənəvi arxa-dayaq olan Birinci vitse-prezident Mehriban xanım Əliyevadır. Söz yox ki, müharibədə mərd oğul və qızlarımız, əsgər və zabitlərimiz böyük qəhrəmanlıq göstərdilər, torpağımızın hər qarışı uğrunda döyüşlərdə sinələrini sipər etdilər və cəmi 44 gün ərzində düşməni diz çökdürdülər. Onlara rəhbərlik edən, tapşırıqlar verən, istiqamətləndirən isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev idi. Bütün bunlardan sonra Azərbaycan tarixi ədalətin və öz ərazi bütövlüyünün bərpasına hərbi-siyasi yolla nail oldu. Dövlətimizin başçısı öz çıxışlarında əsgər və zabitlərimizin qəhrəmanlığını yüksək qiymətləndirərək demişdir ki, biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir.
Müəllif qeyd edir ki, son 21 ildə həyata keçirilən daxili və xarici siyasət qazandığımız uğurların məntiqi nəticəsidir. Qürurverici haldır ki, hazırda bir sıra beynəlxalq əhəmiyyətli iri infrastruktur layihələrin reallaşdırılması Azərbaycanla razılaşdırılır. 10 noyabr 2020-ci il tarixlidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları üçtərəfli Bəyanatdan sonra ölkəmizin beynəlxalq aləmdəki reytinqi sürətlə yüksəldi. Məlum olduğu kimi, həmin bəyanat Ermənistanın məğlubiyyətini rəsmən təsdiqlədi. Üç il sonra - 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin Qarabağda apardığı lokal xarakterli antiterror tədbirləri separatçı rejimin kökünü birdəfəlik kəsdi. Bununla da Azərbaycanın ərazi bütövlüyü tam təmin edildi. Bu Qələbə Azərbaycanın tarixində silinməz iz buraxdı. Ölkəmizin ərazi bütövlüyü və suverenliyimiz dünya birliyində də qəbul edildi. Bunu Prezident İlham Əliyevə dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçıları tərəfindən ünvanlanmış təbrik teleqramları da təsdiqləyir. Bu gün qürurla deyə bilərik ki, Azərbaycan dünyada suveren dövlət kimi qəbul edilir.
Zərifə xanımın məqalələrinin kitabda “Azərbaycan beynəlxalq aləmdə”, “Dünyaca dəyərli Azərbaycan xanımı”, “Vədə sadiq Prezident”, “Azərbaycan tarixinin Zəfər salnaməsi - Qarabağ Azərbaycandır!” fəsillərinə bölünməsi zərurətdən irəli gəlib. Bu, o deməkdir ki, Z.Quliyevanın son illər yazdığı məqalələr, siyasi şərhlər, baş verən qlobal hadisələrə münasibəti müxtəlif mövzuları əhatə edib.
Əliqismət Bədəlov
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09

