Ombudsman Aparatında könüllü fəaliyyətini başa vuran bir qrup gənc mükafatlandırılıb
21.10.2024 [22:18]
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ombudsman Aparatında könüllü fəaliyyətini başa vuran bir qrup gənclə görüşüb.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı ombudsman respublikamızda müxtəlif sahələrdə gənclərin uğurla fəaliyyət göstərmələri üçün imkanların yaradıldığını bildirib, ölkəmizin dayanıqlı inkişafını təmin edəcək peşəkar kadrların hazırlanması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Sonra müvəkkil hər bir könüllünün təsisatda keçdiyi təcrübə nəticəsində əldə etdiyi praktiki biliklərlə, eyni zamanda, onların cəlb olunduğu sosial və mədəni layihələrlə maraqlanıb. S.Əliyeva gənclərə təhsil və karyeraları ilə bağlı tövsiyələr verib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Yekunda “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, könüllü kimi müqavilə öhdəliklərini uğurla başa vuran gənclərə ombudsman tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsi üzrə könüllülük proqramında fəal iştiraka görə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, könüllülük proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, ADA Universiteti, Xarici Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti, Qərbi Kaspi Universiteti, eləcə də Türkiyə Respublikasının bir sıra ali təhsil müəssisələrində təhsil almış könüllülər təsisatın müxtəlif struktur bölmələrində təcrübə keçib, ombudsmanın insan hüquqlarının müdafiəsi və təşviqi sahəsindəki fəaliyyəti ilə yaxından tanış olublar.
Xəbər lenti
Hamısına baxGündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43

