Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakı metrosunda ventilyatorlar qış qrafikinə keçirilib

Bakı metrosunda ventilyatorlar qış qrafikinə keçirilib

02.12.2024 [15:35]

“Bakı Metropoliteni” QSC-də stansiya və tunellərin güclü ventilyatorlarının qış iş rejimi tələblərinə uyğun tənzimlənməsinə başlanılıb. Bununla əlaqədar hər bir ventilyatorun iş rejimi təsdiq edilib.

QSC-dən bildirilib ki, 2018-ci ildən Bakı metrosunda güclü ventilyatorların işi fəsillərə uyğun prinsiplər əsasında tənzimlənir.

Həmin vaxta qədər ventilyatorların iş qrafiki il ərzində iki dəfə (aprel və noyabr aylarında) dəyişdirilirdi. Bakının iqlim şəraiti nəzərə alınmaqla tətbiq edilən yeni qayda havalandırma şəraitinə nəzarəti daha da yaxşılaşdırılaraq, dövrü monitorinqlər əsasında ən uyğun prinsiplərlə tənzimləməyə imkan verir.

Yeni qrafik zamanı hava haqqında proqnozlar, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatları, eləcə də gündəlik nəzarət və tənzimləmə mexanizmləri də diqqətdə saxlanılacaq. Bunun əsasında ventilyatorların iş rejiminə bu və digər dəyişikliklər də tətbiq ediləcək.

Paylaş:
Baxılıb: 657 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31