Azərbaycan və Gürcüstanın məhkəmə sistemləri arasında əlaqələr genişləndirilir
09.12.2024 [23:47]
Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti dekabrın 9-da Gürcüstan Ali Məhkəməsinin və Ali Ədliyyə Şurasının sədri Nino Kadagidze ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Nino Kadagidze ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirib. Bu səfərin məhkəmə-hüquq sahəsində əməkdaşlığın daha da genişlənməsi işinə töhfə verəcəyi diqqətə çatdırılıb. Qeyd edilib ki, qarşılıqlı əməkdaşlıq hər iki ölkənin məhkəmə sisteminin təcrübəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
İnam Kərimov deyib ki, dövlətlərarası əlaqələrin yüksək səviyyəsi öz növbəsində məhkəmə-hüquq sahəsində də münasibətlərin inkişafına geniş imkanlar açır. Vurğulanıb ki, qarşılıqlı təcrübə mübadiləsi, sıx əməkdaşlıq ölkələrimiz arasında ədalət mühakiməsinin səmərəliliyinin artması baxımından olduqca əhəmiyyətlidir. Müasir çağırışlara cavab vermək üçün məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində peşəkarlığın artırılması və idarəetmədə innovativ texnologiyaların tətbiqi qarşıda duran əsas hədəflərdir.
Görüşdə Azərbaycan Respublikası Ali Məhkəməsinin fəaliyyəti, məhkəmə hüquq islahatları barədə ətraflı məlumat verilib, ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra Gürcüstan Ali Ədliyyə Şurasında yerli hakimlərlə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası tərəfindən görülən işlər diqqətə çatdırılıb.
Bildirilib ki, məhkəmə fəaliyyətinin tam elektronlaşdırılması, o cümlədən süni intellektin imkanlarından istifadə, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydalarının təkmilləşdirilməsi qarşıya qoyulan hədəflərdəndir. İki ölkə arasında bu sahədə də əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb.
Səfər çərçivəsində, həmçinin Gürcüstan Ali Ədliyyə Məktəbinin nümayəndələri ilə görüş təşkil olunub.
Xəbər lenti
Hamısına baxDünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35

