Multikulturalizm Mərkəzində Holokost qurbanları anılıb
27.01.2025 [15:37]
Yanvarın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Holokost soyqırımı müasirlərin gözü ilə” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə İsrailin Azərbaycandakı səfiri Corc Dik, Azərbaycanda fəaliyyət göstərən milli və dini icmaların rəhbərləri və universitet müəllimləri iştirak ediblər.
Əvvəlcə ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş Azərbaycanın qəhrəman övladlarının, Xocalı soyqırımı və Holokost qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin moderatoru, BBMM-nin icraçı direktoru Rəvan Həsənov dəyirmi masanı giriş sözü ilə açaraq Holokostun insanlığa, bəşəriyyətə qarşı törədilən dəhşətli cinayətlərdən biri olduğunu qeyd edib. Tarixin müxtəlif dövrlərində Azərbaycan xalqına qarşı da soyqırımı törədildiyini xatırladan icraçı direktor vurğulayıb ki, biz nə Holokostu, nə də Xocalını unutmayacağıq. İslamofobiyanın, antisemitizmin bəzi Avropa ölkələrində geniş yayılmasının təəssüf doğurduğunu dilə gətirən Rəvan Həsənov din və azadlıq amillərinin siyasiləşdirilməsinin yolverilməz olduğunu qeyd edib. O, Azərbaycanda güclü yəhudi irsinin mövcud olduğunu, ölkəmizdə yəhudilərin sərbəst və müstəqil şəkildə yaşadıqlarını deyib. Bildirib ki, ölkəmizdə yaşayan yəhudilər Azərbaycanın azadlığı uğrunda mübarizədə canlarından keçiblər. R.Həsənov diqqətə çatdırıb ki, tarixin qaranlıq məqamlarında yaşanmış hadisələr axıra qədər davam etməməlidir. İnsanlıq və gələcək naminə birgəyaşayış, dinc yanaşma mütləqdir.
İsrailin ölkəmizdəki səfiri Corc Dik bildirib ki, bu gün tədbir iştirakçıları Holokost soyqırımı nəticəsində həlak olan yəhudiləri və nasist zülmünün bütün qurbanlarını xatırlamaq üçün toplaşıblar. Belə hadisələri unutmamaqla biz onların təkrarlanmamasına nail ola bilərik. O, həmçinin İkinci Dünya müharibəsində həyatını itirən 300 mindən çox azərbaycanlının xatirəsini də ehtiramla yad etdiklərini bildirib. Səfir diqqətə çatdırıb ki, Azərbaycan regionda bütün dinlərə mənsub insanların harmoniya və azadlıq şəraitində necə birlikdə yaşaya biləcəyini göstərən mayakdır. O, İsrail xalqı adından Azərbaycana təşəkkür edib.
Tədbirdə çıxış edən Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini İcmasının rəhbəri Aleksandr Şarovski, Avropa Yəhudilərinin Bakı Dini İcmasının baş ravvini Şneor Seqal, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə, Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov, Azərbaycanda Katolik Kilsəsinin nümayəndəsi Cozef Marik soyqırımların, qətliamların insanlığa zidd hərəkətlər olduğunu, bunun nə din, nə də hüquq çərçivəsinə sığışdığını diqqətə çatdırıblar.
Xatırladaq ki, BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş müvafiq qətnaməyə əsasən, hər il yanvarın 27-si Holokost Qurbanlarının Beynəlxalq Anım Günü kimi qeyd edilir. Holokost zamanı 6 milyondan çox yəhudi öldürülüb, onlardan 1,5 milyonu uşaqlardır.
Xəbər lenti
Hamısına baxİdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48

