/ / “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun ilk iclası keçirilib
“Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun ilk iclası keçirilib
28.02.2025 [12:00]
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində yaradılan “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun ilk iclası keçirilib.
28 fevral 2025-ci il tarixində keçiriləcək Brifinqin məqsədi “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası”na uyğun olaraq keçirilən ilk iclasın əhəmiyyəti ilə bağlı ictimaiyyətin məlumatlandırılmasıdır.
Qeyd edək ki, məişət zorakılığının qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təmin edilməsi və onların hüquqlarının bərpası sahəsində dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi və görülən cavab tədbirlərinin monitorinqi üzrə mexanizm 2024-cü ilədək qanunvericilikdə nəzərdə tutulmayıb. “Məişət zorakılığının qarşısının alınması haqqında” AR Qanununa edilən dəyişikliyə əsasən artıq bu mexanizm müəyyən edilib.
Qaydaya əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 iyul 2024-cü il tarixli 367 nömrəli Qərarı ilə “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası” təsdiq edilib.
Məişət zorakılığının qarşısının alınması sahəsində yaradılan monitorinq və əlaqələndirmə qrupunun əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: Məişət zorakılığının qarşısının alınması sahəsində qurumlararası əlaqələndirmənin həyata keçirilməsi, məişət zorakılığına qarşı cavab tədbirlərinin monitorinqinin aparılması, əhali arasında maarifləndirmə tədbirlərinin keçirilməsi, məişət zorakılığından zərər çəkmiş şəxsin və onun himayəsində olan yetkinlik yaşına çatmayanların hüquqlarının və təhlükəsizliyinin təmin olunması.
Brifinqdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 9 nəfərdən ibarət yaradılan qrupun iştrakı ilə keçirilən müzakirələrin yeni mexanizmdə özünü əks etdirən qanunun icra olunmasına şərait yaradacağını bildirib: "Bununla bağlı müxtəlif tədbirlər görülür və eyni zamanda yaxın günlərdə Milli Məclis qarşısında bu məsələ ilə bağlı təklif qoyuldu. Gələcək zamanlarda da aparılan işlərin nəticələri ilə tanış olacayıq. Bu mexanizmdə vəkillər kollegiyasınsan daha çox dəstək gözləyirik. Baş verən cinayətlərin qarşısını alınmasında hər tərəfli iştrak edən bütün qurumlara təşəkkürümü bildirirəm. Hər tərəfli yardım, həm də sürətli yardım deməkdir. Bundan sonra da təklif edirəm ki, hər kəs özünə aid sahə üzrə baş verən məişət zorakılığı, cinayət hadisələrin qarşısını alınmasında yardım eləsin".
Brifinqdə çıxış edən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova çıxışında məişət zorakılığında ən çox zərər görən məhz uşaqların olduğu və bunu nəzərə alaraq məktəblərdə psixoloq fəaliyyətlərinin gücləndirilməsinin vacib olduğunu bildirib: "Biz birlikdə məişət zorakılığının qarşısını almaq üçün faydalı işlər görəcəyik. Bu mövzuda qəbul olunan qanunun həyata keçirilməsində müəyyən mexanizm qurulmalıdır. Son zamanlar müəyyən dövlət qurumlarında qadınların da fəal iştrak etməsinin şahidi oluruq. Eyni zamanda belə irəliləyiş məişət zorakılığının qarşısı alınması məsələsində də olmalıdır. Monitoriq qrupunun əsas məqsədi qurumlar arası əlaqənləndirmə işləri aparmaq, cəmiyyəti marifləndirməkdən ibarətdir".
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

