Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İmişli rayonu Cəfərli kəndində şəhidlərini xarirəsini əbədilədirən abidənin açılışı olmuşdur

İmişli rayonu Cəfərli kəndində şəhidlərini xarirəsini əbədilədirən abidənin açılışı olmuşdur

16.03.2025 [11:35]

İmişli rayonunun Çəfərli kəndinin mərkəzində kənd sakinlərinin birgə səyi ilə şəhidlərin xarirəsini əbədiləşdirmək üçün abidə qoyulmuşdur. Burada son tamamlama, səliqə - sahman yaradılması kimi təşkilati işlərdə Cəfərli kənd ağsaqqallar şurasının üzvləri fəallıq göstərmişlər.

Xatirə kompleksinin açılışında İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov başda olmaqla rayon ağsaqqallar şurasının rəhbərliyi iştirak etmişdir.

Çox yüksək səviyyədə hazırlanmış tədbirdə şəhid ailələrinin üzvləri, Cəfərli kəndində fəaliyyət göstərən hər üç ümumi təhsil məktəbin direktoru başda olmaqla pedaqoji kollejtivlərin üzvləri, müəllimlər və şagirdlər, kənd ağsaqqalları, müxtəlif idarə və təşkilatlardan nümayəndələr iştirak etmişdir.

İmişli Rayon Ağsaqqallar Şurası və məktəblər adından abidənin önünə əklillər qoyulmuşdur.

Tədbiri giriş nitqi ilə açan Cəfərli kənd ağsaqqallar şurasının sədri Rasif Quluyev şəhidlərin xatirəsinə ucaldılan abidənin meydana gəlməsində zəhməti olan kənd sakinlərinə və mənəvi dəstəyinə görə İmişli Rayon Ağsaqqallar şurasının rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Tədbirdə çıxış edən Saleh Səmədov şəhidlərin ruhu qarşısında dərin ehtiramını ifadə edərək, abidənin ərsəyə gəlməsində və tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür etmişdir. O, Ağsaqqallar şurasının qarşıya qoyduğu vəzifələri xatırladaraq milli, mənəvi dəyərlərimizin qorunması, vətənpərvərlik hissinin daim yüksəldilməsi, dövlətimizin apardığı uğurlu siyasətin dəstəklənməsi istiqamətində ağsaqqalların əzmkar mövqeyini tədbir iştirakçıları ilə bölüşmüşdür.

Tədbirdə çıxış edən bütün natiqlər və öz fikirlərini şeyirlə ifadə edən məktəblilər iştirakçılar tərəfindən sevinc və alqışlarla qarşılanmışdır.

Paylaş:
Baxılıb: 660 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31