Saatlı Rayon Ağsaqqallar Şurasının illik hesabat konfransı keçirilib
30.04.2025 [20:46]
Aprel ayının 29-da Saatlı Rayon Ağsaqqallar Şurasının illik hesabat konfransı keçirilib.
Konfransda Azərbaycan Ağsaqqalar Şurasının sədr müavini, professor Vahid Novruzov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Rayon Ağsaqqallar Şurasının sədri Sədafər Hüseynov, YAP Saatlı Rayon Təşkilatının sədri Elşən Əzizov, Azərbaycan Ağsaqqalar Şurasının məsul şəxsi Elşad Quliyev, rayon ağsaqqalları və ziyalıları, şəhid ailələrinin üzvləri, qazilər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfransda Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov giriş nitqi ilə çıxış edib. O, Azərbaycan Ağsaqqalar Şurasının sədr müavini, professor Vahid Novruzovu və tədbir iştirakçılarını salamlayaraq bildirib ki, rayonun inkişafında, ictimai-mədəni həyatında, gənc nəslin formalaşmasında ağsaqqallar hər zaman xüsusi rol oynayırlar. Natiq Ulu Öndər Heydər Əliyevin ağsaqqallara həmişə böyük qayğı və diqqət göstərərək onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığını vurğulayıb. Əlavə edib ki, bu qayğı və diqqət hal-hazırda da möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elmir Bağırov çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.
Daha sonra Saatlı Rayon Ağsaqqallar Şurasının sədri Sədafər Hüseynovun son birillik hesabat dövrü ərzində aparılan işlər və qarşıda duran vəzifələr barəsində məruzəsi dinlənilib. Rayon Ağsaqqallar Şurasının üzvlərinin aktiv fəaliyyətindən bəhs edən natiq vurğulayıb ki, ağsaqqallar rayonda keçirilən tədbir və görüşlərdə yaxından iştirak və çıxışlar etmişlər, əsasən, təhsil ocaqlarında gənclərlə maarifləndirici söhbətlər aparmış, onların dövlətçilik və vətənpərvərlik ruhunda yetişmələri üçün öz məsləhət və tövsiyələrini vermiş, şəhid ailələrinin üzvlərinə və qazilərə diqqət və qayğı ilə yanaşmış, onlara daim dəstək olmağa çalışmışlar. Saatlı Rayon Ağsaqqallar Şurasının üzvləri bundan sonra da ağsaqqallıq missiyalarını uğula davam etdirəcəklər.
Məruzə ətrafında çıxış edənlər – Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Lütvəli Şıxəliyev, Rayon Ziyalılar Cəmiyyətinin sədri Lətif Şimşəkov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı rayon şöbəsinin sədri Əliağa Qurbanov və başqaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə ağsaqqallara, o cümlədən ahıllara göstərilən diqqət və qayğıdan söz açaraq, keçirilən görüşlərdə və digər tədbirlərdə ictimaiyyətə, xüsusilə də gənclərimizə milli-mənəvi dəyərlərə, Vətənə, xalqa, dövlətə hörmət ruhunun aşılanmasına böyük önəm verildiyini vurğulayıblar. Tədbirdə 44 günlük Vətən müharibəsində qazanılan Qələbəmizin tarixi əhəmiyyətindən də danışılıb, şəhid ailələrinə və qazilərə hər zaman böyük diqqət göstərildiyi vurğulanıb.
Tədbirin sonunda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov tədbir iştirakçılarına Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını çatdıraraq, son illərdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasından bəhs edib. İşğaldan azad edilmiş ərazilərimizlə yanaşı, digər regionlarımızın da inkişaf etdirilməsinə böyük diqqət ayrıldığını vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar bu istiqamətdə görüləcək işlərdə və keçiriləcək tədbirlərdə təşkilat üzvlərinin yaxından iştirakının təmin olunmasının zəruriliyi barədə Azərbaycan Ağsaqqallar Şurasının 2025-ci il üçün İş planının müvafiq bəndlərinin icrasına metodik yardım göstərilməsi məqsədilə “Konstitusiya və suverenlik: milli məfkurənin qoruyucusu kimi” mövzusunda hazırlanmış metodik materialdan söz açıb və onun Şuranın bütün yerli təşkilatlarına göndərildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Natiq Azərbaycan Ağsaqqallar Şurasının 2024-cü il üzrə fəaliyyətinə dair Hesabatın da nəfis şəkildə, fotolarla kitabça formasında çap olunduğunu bildirib. Çıxışının sonunda Vahid Novruzov Saatlı Rayon Ağsaqqallar Şurası tərəfindən hesabat dövrü ərzində görülən işləri qənaətbəxş qiymətləndirib. Həmçinin əmin olduğunu bildirib ki, yerli təşkilat öz fəaliyyətini bundan sonra da səmərəli və effektiv şəkildə quracaqdır.
Sonda xatirə şəkili çəkilib.
Xəbər lenti
Hamısına baxSosial
19 Sentyabr 19:17
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55

