Nazir müavini: Ölkəmizdə ipəkçiliyin inkişafı üçün böyük potensial mövcuddur
06.05.2025 [13:06]
Baramaçılıq kənd təsərrüfatının iqtisadi cəhətdən səmərəli, məşğulluğun artırılmasına töhfə verən istehsal sahələrindən biri sayılır. Bu səbəbdən baramaçılığın ölkəmizdə inkişaf etdirilməsi qarşımızda prioritet vəzifələrdən biri kimi müəyyən edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov mayın 6-da Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya nəticəsində əldə olunan ipəkqurdu toxumlarının kümçülərə paylanılması ilə bağlı keçirilən tədbirdə media nümayəndələrinə açıqlamasında bildirib.
Nazir müavini deyib: “Ölkəmizdə ipəkçiliyin inkişafı üçün böyük potensial mövcuddur. Prezidentin tapşırıqlarına uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikada ipəkçiliyin müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının formalaşdırılması, barama toxumçuluğunun təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir. Bu il barama mövsümünün başlaması ilə əlaqədar Çin Xalq Respublikasından 5000 qutu ipəkqurdu toxumu tədarük edilərək, Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. Eyni zamanda, stansiyada 1000 qutu hibrid ipəkqurdu istehsal edilib. Bu günədək ümumilikdə 6000 ipəkqurdu toxumunun 5500 ədədi inkubasiyadan sonra kümçülərə paylanıb və hazırda proses davam edir. Hesab edirik ki, 2025-ci il barama mövsümü kümçülərimiz üçün uğurlu olacaq. Onlar daha çox yaş barama istehsal edərək tədarük məntəqələrinə təhvil verəcək və daha çox gəlir əldə etmiş olacaqlar”.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

