/ / Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən 28 – May Müstəqillik Günü ilə bağlı silsilə tədbirlər həyata keçirilib
Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən 28 – May Müstəqillik Günü ilə bağlı silsilə tədbirlər həyata keçirilib
28.05.2025 [20:17]
Könüllülər arasında vətənpərvərlik ruhunu gücləndirmək, milli ənənələri yaşatmaq və onları gələcək nəsillərə aşılamaq məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş bir sıra silsilə tədbirlər həyata keçirilib.
İlk olaraq Azərbaycan Könüllülərinin Fəxri xiyabana ziyarəti baş tutub. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edən könüllülər məzarı önünə tər güllər qoyub. Daha sonra, AKTİ-yə üzv könüllü təşkilatlarının rəhbərləri İstiqlal Bəyannaməsi abidəsinə ziyarət edərək, abidənin önünə gül dəstələri qoyublar.
Silsilə tədbirlər çərçivəsində Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilən “Milli Kimlik” İdeoloji Hazırlıq Proqramının növbəti görüşü 28 May – Müstəqillik Gününə həsr edilib. Görüş Milli Məclisin deputatı Nigar Məmmədovanın təqdimatında “28 May – Suverenliyə aparan yol” mövzusunda həyata keçirilib. Görüşdə deputat Nigar Məmmədova Azərbaycanın müstəqillik tarixi, dövlət suverenliyi və bu dəyərlərin qorunmasının əhəmiyyəti barədə geniş məlumat verib. Könüllülərin milli kimlik və vətəndaş məsuliyyəti ilə yetişməsinin vacibliyini vurğulayan deputat, onların ölkənin gələcəyində əsas aparıcı qüvvə olduğunu qeyd edib.
Azərbaycan Könüllülərinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Heydər Əliyev muzeyinə və Milli Azərbaycan Tarixi muzeyinə ekskursiyası baş tutub. Ekskursiyalar zamanı könüllülər Ulu Öndərin ömrünün 25 ilini həsr etdiyi xüsusi xidmət orqanlarındakı fəaliyyəti, uşaqlıq, gənclik illərini, respublikaya rəhbərliyinin hər iki dövrünü əhatə edən fotoşəkillər, sənədlər və materiallarla, həmçinin Azərbaycan tarixinin ayrı - ayrı dövrlərini əhatə edən eksponatlarla tanış olub, ətraflı məlumatlar əldə ediblər.
28 May – Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. Atılan addımlar sayəsində Azərbaycanın Könüllüləri dərin tarixi köklərdən güc alaraq azad düşüncəli, milli ruhlu fərdlər kimi formalaşırlar. Onlar Cənab Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək, əcdadlardan miras qalan milli dəyərləri qorumağa və bu dəyərləri gələcək nəsillərə şərəflə ötürməyə hazırdırlar.
Xəbər lenti
Hamısına baxGündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43

