/ / Vəkillər Kollegiyasının rəhbərliyi Özbəkistanda keçirilən Beynəlxalq Hüquq Forumunda iştirak edib
Vəkillər Kollegiyasının rəhbərliyi Özbəkistanda keçirilən Beynəlxalq Hüquq Forumunda iştirak edib
01.06.2025 [13:22]
29-30 may tarixlərində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikası Vəkillər Palatasının dəvəti ilə sözügedən ölkənin paytaxtı Daşkənd şəhərində keçirilən “Daşkənd Hüquq Baharı” adlı IV Beynəlxalq Hüquq Forumunda iştirak edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasından məlumat verilib.
Yüksək səviyyəli hökumət rəsmiləri, vəkillər, beynəlxalq təşkilatların nümayəndələri, dünyanın aparıcı ekspertləri, elm xadimləri, 30 dövlətdən 600-dən çox nümayəndənin qatıldığı Forumda VK-nın sədri Anar Bağırovla yanaşı, Kollegiyanın sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov, həmçinin VK-nın üzvləri də iştirak edib.
İki gün davam edən tədbirin plenar iclasının açılışında Özbəkistan Respublikasının ədliyyə naziri Akbar Djurabayevich Taşkulov çıxış edərək tədbir iştirakçılarını səmimi-qəlbdən salamlayıb, Forumun beynəlxalq hüquqi əməkdaşlıq və təcrübə mübadiləsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb. Nazir qeyd edib ki, “Daşkənd Hüquq Baharı” platforması yalnız regional deyil, qlobal səviyyədə hüquq mütəxəssislərinin bir araya gəlməsinə və aktual hüquqi çağırışların müzakirəsinə şərait yaradır. Həmçinin Taşkulov çıxışı zamanı rəqəmsallaşma dövründə hüququn çevik və adaptiv olması zərurətini ön plana çəkərək, bu istiqamətdə birgə əməkdaşlığın vacibliyini qeyd edib.
Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov isə Forumun əsas plenar iclasında hüquqi təhsil və onun inkişafında informasiya və kommunikasiya texnologiyalarının rolu barədə çıxış edib. Bu sahədə müasir çağırışlar və yeni trendlərlə bağlı danışan nazir Ədliyyə Nazirliyi tərəfindən hüquqi təhsil sahəsinin inkişafı və hüquq sisteminin müasirləşdirilməsi baxımından əhəmiyyətli addımlar atıldığını qeyd edib.
“Texnologiya Dalğasında Hüquqşünaslar: Rəqəmsallaşma oyunun qaydalarını necə dəyişir?” adlı sessiya çərçivəsində Azərbaycan Respublikasının VK sədri Anar Bağırov çıxış edərək rəqəmsal dəyişikliklərin hüquqi institutlar və vəkillik fəaliyyəti üzərindəki təsirlərindən danışıb, bu prosesin artıq keçici tendensiya deyil, hüquqi xidmətlərin gələcəyini müəyyən edən obyektiv reallıq olduğunu bildirib.
Sədr vurğulayıb ki, rəqəmsal dövrdə vəkillik peşəsi yalnız yüksək hüquqi biliklər deyil, həm də rəqəmsal texnologiyalar üzrə kompetensiyaları tələb edir. Biz bu çağırışlara cavab olaraq VK-nın fəaliyyətində sistemli rəqəmsallaşma istiqamətində mühüm addımlar atmışıq.
Eyni zamanda Anar Bağırov çıxışda Azərbaycan Respublikasında vəkillik fəaliyyətində tətbiq olunan bir sıra innovativ yanaşmalar və rəqəmsal halları diqqətə çatdırıb. Sədr VK-da elektron qeydiyyat və sənəd dövriyyəsi, vəkillərin şəxsi elektron kabinetləri, “e-Vəkil” mobil tətbiqi, “Elektron Məhkəmə” sistemi ilə inteqrasiya, hüquqi yardımın elektron şəkildə idarə olunması, “Legalaid” mobil tətbiqi vasitəsilə 24/7 hüquqi dəstək, elektron order sistemi və rəqəmsal müqavilələrin imzalanması, habelə rəqəmsal təhlükəsizlik üzrə ixtisaslaşmış komitələrin fəaliyyətindən danışıb.
Həmçinin, Anar Bağırov süni intellekt əsaslı “Pro Bono ChatBot” layihəsinin hazırlanmasından da bəhs edərək, bu vasitənin vətəndaşlara ilkin hüquqi yardımın avtomatlaşdırılmış formada təqdim edilməsində mühüm rol oynayacağını bildirib.
Sonda o da vurğulanıb ki, rəqəmsallaşma fonunda vəkillik peşəsi özünün əsas prinsipləri olan müstəqillik, etik davranış və konfidensiallıq kimi dəyərləri qorumaqla yanaşı, innovasiyalara açıq olmalı, dəyişən dünyaya uyğunlaşmalıdır.
Panel müzakirəsi zamanı rəqəmsal transformasiya prosesində hüquq peşəsinin qarşılaşdığı çağırışlar, vəkillərin adaptasiya imkanları, hüquqi texnologiyaların tətbiqi və regional əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub.
Bundan başqa, gələcək əməkdaşlığın gücləndirilməsi məqsədilə VK-nın sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra ölkələrin Vəkillər kollegiyalarının, habelə Özbəkistan Vəkillər Palatasının rəhbərliyi arasında görüşlər keçirilib, təcrübə mübadiləsi və gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın Özbəkistandakı səfirliyini ziyarət edib. Görüş zamanı səfərin məqsədi barədə məlumat verilib, Azərbaycan-Özbəkistan münasibətlərinin sürətlə inkişaf edildiyi diqqətə çatdırılıb, hüquq sahəsində əməkdaşlığın vacibliyi qeyd olunub.
Eyni zamanda Azərbaycan Respublikası VK Qadın Vəkillər Alyansının nümayəndələrindən ibarət geniş tərkibli heyət Özbəkistan Vəkillər Palatasını ziyarət edib, Palatanın sədri ilə görüş keçirib. Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub, xüsusilə Özbəkistan Vəkillər Palatasında yeni yaradılmış Qadın Vəkillər Alyansı ilə sıx əməkdaşlığın qurulması barədə razılıq əldə edilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

