Bakıda mühüm və mənalı uşaq rəsim sərgisi keçirildi
01.06.2025 [16:51]
Bu gün can Azərbaycanda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu əlamətdar gün münasibətilə bütün uşaqlarımızı və onları böyüdən valideynləri ürəkdən təbrik edirəm.
Uşaqlarımıza uğur və xoşbəxt bir həyat arzulayıram.
Uşaqlar bizim gələcəyimizdir.
Bu günün uşağı sabahın böyüyüdür.
Uşaqlarımızı düzgün yetişdirməli, onlara ailə, vətən, bayraq, xalq və millət sevgisini aşılamalıyıq. Can Azərbaycanın valideynlərinin böyütdüyü övladlar Qarabağı azad etdilər.
Dünən Bakıda, bayramdan bir gün əvvəl çox mühüm bir tədbir keçirildi. Bu günə qədər iştirak etdiyim ən mənalı tədbir idi.
“Dünyada Uşaqların Mühafizəsi” adlı xeyriyyə rəsm sərgisi böyük marağa səbəb oldu.
Sərgidə uşaqların çəkdiyi yüzdən artıq rəsm nümayiş etdirildi. Bu rəsmlər uşaqların daxili dünyasını əks etdirirdi.
Bu mənalı xeyriyyə sərgisi Asterias Təlim və İnkişaf Mərkəzinin təsisçisi Nərgiz Çalbayın dəyərli təşəbbüsü, Azərbaycan-Türkiyə İş Adamları Birliyi və Leykemiya ilə Mübarizə İctimai Birliyinin əməkdaşlığı ilə baş tutdu.
Sərgidə Azərbaycan Milli Məclisinin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, millət vəkilləri, Azərbaycan-Türkiyə İş Adamları Birliyi idare heyətinin sədri Mürsəl Rüstəmov, Leykemiya ilə Mübarizə İctimai Birliyinin sədri Mehriban Bağırova, iş adamları və uşaqların valideynləri iştirak etdilər. Sərgiyə çox böyük maraq var idi.
Sərginin məqsədi:
Uşaqlarda emosional bağ və sosial dəyər formalaşdırmaq. Bu çərçivədə Nərgiz xanımın bu dəyərli təşəbbüsü uşaqlar arasında empatiya və sosial məsuliyyət hissini inkişaf etdirərək gələcəyin həm vicdanlı, həm də sosial baxımdan fəal Azərbaycan vətəndaşlarını formalaşdırmağı hədəfləyib.
Eyni zamanda layihə cəmiyyətin müxtəlif təbəqələri arasında qarşılıqlı insani və mərhəmət hisslərini, anlayış və həmrəylik bağlarını gücləndirməyə yönəlib.
Xeyriyyə məqsədi:
Sərgi tamamilə xeyriyyə məqsədi ilə təşkil olunmuşdur.
Çalbay ailəsinin bir dostu kimi mənim də müəyyən yardımımla bağlı məlumata sahibəm – sərgidə satışa çıxarılan bütün rəsimlərdən əldə olunan gəlir leykemiya ilə mübarizə aparan uşaqlara və uşaq sığınacaqlarında yaşayan azyaşlılara bağışlanacaq.
Bu qədər mənalı və önəmli təşəbbüsü həyata keçirən, bu sərgini yorulmadan təşkil edən, qəlbi sevgi və mərhəmətlə dolu olan Nərgiz xanıma dərin təşəkkürümü bildirirəm.
Həmçinin başda Nərgiz xanımın həyat yoldaşı Ayhan bəyə göstərdiyi dəstəyə və komandasına xidmətlərinə görə təşəkkür edirəm.
Hulusi Kılıç
Türkiyənin Azərbaycandakı sabiq səfiri
İMZA İB Türkiyə nümayəndəsi
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik İdarə Heyətinin üzvü
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56

