Ağstafada ilk dəfə olaraq qulançar təsərrüfatı yaradılıb
07.06.2025 [14:30]
Artıq dünyada yüz ildən çoxdur ki yabanı halda bitən qulançar bitkisi hibridləşdirilib və mətbəxə daxil edilib. Ölkəmizdə də bu istiqamətdə nəzərəçarpan addımlar atılmaqdadır. Belə ki, idxaldan asılılığı aradan qaldırmaq və qeyri-ənənəvi bitkiçiliyi inkişaf etdirmək məqsədilə Ağstafa rayonunda ilk dəfə qulançar bitkisinin əkininə başlanıb.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hazırda dünyada hər il 10 milyon ton qulançar bitkisi yığılır ki, onun da təkcə 8 milyon tonu Çinin payına düşür. Hotel, restoran, kafe (Oreca) bu bitkidən daha çox faydalanır. Azərbaycanda təsərrüfat sahibləri bu sahədə də öz bacarıqlarını təcrübədən keçirməyi qərara alıb və ABŞ-ın Nyu-Cersi ştatından şirkətlərdən qulançar toxumunu əldə etmək üçün danışıqlar aparıb. Bildirilir ki, Şərur, Kürdəmir və Ağstafa rayonlarında bu bitki daha məhsuldar ola bilər. İlkin olaraq, Kürdəmirdə qulançarın toxumu əkildikdən 2 il sonra həmin bitki Ağstafa rayonuna transplantasiya olunub. Hazırda Ağstada rayonu ərazisində becərilən qulançarın inkişafı da mütəxəssislərin gözləntilərini verməkdədir.
Fermer Ayaz Bayramov deyir ki, qulançar bitkisinin becərilməsində hələ ki ənənəvi suvarmadan istifadə edilsə də, bir müddətdən sonra isə müasir suvarma sistemləri quraşdırılacaq. Bitkinin orqanik və bioloji təmiz olması məqsədilə heç bir dərmanlamadan istifadə edilmir. Bitkinin ətrafındakı alaq otları isə mütəmadi olaraq əl əməyindən istifadə edilməklə təmizlənir: “Bugünkü gündə durduğumuz sahə Ağstafada ilk dəfə olan qulançar sahəsidir. Bizim planlarımız gələcəkdə bunu 45 hektara qədər çıxartmaqdır. Azərbaycan bazarının həddi 5 ha-lıq bir bazardır. 40 ha-ı isə biz Rusiya, Türkiyə, Yaxın Şərq kimi bazarları təchiz etməyi planlaşdırırıq. Bununla yanaşı qablaşdırma-emal sənayesi də qurulacaq. O cümlədən də bizim xaricdən gətirəcəyimiz toxumlar şitil edildikdən sonra onun zoğları digər fermerlərə də veriləcək və o fermerlər bu məhsulları yetişdirdikdən sonra, 5-ci ildən etibarən biz o məhsulları alıb, qablaşdırıb satış şəbəkələrinə daxil edəcəyik. Müxtəlif şəbəkələrlə biz hazırda danışıqlarımızı aparırıq. Biz çalışacağıq məhsul yığıldıqdan 24 saat sonra piştaxtalarda olsun. Çünki o nə qədər erkən istehlak olunursa, onun şəkərlilik səviyyəsi daha yüksək səviyyədə qalır, daha zövqverici olur.”
Təsərrüfat sahiblərinin qulançar bitkisini becərməkdə məqsədi ölkəmizi idxaldan azad etmək, gələcəkdə bu sahədə Azərbaycanı ixracatçı ölkəyə çevirməkdir. Rayon ərazisinə transplantasiya edildikdən sonra qulançarın hazırda inkişafının qənaətbəxş olduğunu deyən mütəxəssislər buranın iqliminin qulançar bitkisinin məhsuldarlığı üçün olduqca əlverişli olması və burada münbit şəraitin olması qənaətinə gəliblər. Artıq bölgə fermerlərinin də qulançar təsərrüfatlarına marağı artmaqdadır. “Bu yaxınlarda bizim təşəbbüsümüzlə Azərbaycan Qulançar Fermerlər Asossasiyası da yaratdıq. O asossasiyada təsərrüfat rəhbərlərini də cəlb edəcəyik ki gələcəkdə iqtisadiyyat, kənd təsərrüfatı nazirliyi ilə aparacağımız dialoq nəticəsində qulançar sahəsinə diqqət daha da artsın. Ümumiyyətlə qulançar çoxillik bir bitkidir. Son məhsulunu 3-5-ci illərdə verməyə başlayır. Üç il ərzində o zoğlar dərinləşməlidir. Hardasa 5-7-ci ilində həmin zoğlar bir metr yarıma qədər dərinliyə gedir və torpaqda olan faydalı mineralları özünə sorur, ona görə bu məhsulun protein səviyyəsi yüksəkdir, həm şəkərlilk səviyyəsi normaldır. Bundan istifadə edib milli mətbəximizdə proteinimizi prinsip etibari ilə onunla əvəz edə bilərik”, - deyə fermer A.Bayramov əlavə edib.
Aqronom Oktay Kurt deyir ki elmi adı “asparagus” olan, Türkiyədə və ölkəmizin bəzi bölgələrində “quşqonmaz” da adlanan qulançar bitkisi suya ehtiyacı az olan bitkilərdəndir. Onun əsas xüsusiyətlərindən biri yığım zamanında dərmanlama edilmədiyi səbəbindən bu qulançarlar tam orqanik, bioloji təmiz bir məhsul olur. “Yığımdan sonra köklərin daha çox böyüməsi məqsədilə bitkini inkişafa buraxırıq. Damcı üsulu ilə suvarma sistemi isə daha əlverişlidir. Bu, həm də suyun daha az israfı ilə istifadəsi deməkdir. Bu bitkimizi daha çox iki üsulla yetişdirmək olur. Birincisi, kök əldə edərək birbaşa torpağa əkilir, digəri də toxumu şitil halına saldıqdan sonra, bitkini torpağa əkirik. 2-3-cü ilində az miqdarda məhsul verir. Həmin yaşda bir hektara 100-200 kiloqram məhsul verir. Amma 3-4-cü ilindən sonra hektara 700-800 kiloqram məhsul verir. 4-cü ilindən sonra isə ən məhsuldar hala gəlir, 9-cu ilindən artıq bir hektara 1-3 ton məhsul vermək gücündədir” , -deyə, aqronom Oktay Kurt bildirib.
Mütəxəssislər da bildirdilər ki, yaxın 5-7 il ərzində qulançarın toxumçuluğunu da inkişaf etdirmək, yerli məhsuldar toxumların yaradılması nail olmaq mümkündür.
Qeyd edək ki, ilkin olaraq Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində 3,2 ha sahədə salınan qulançar plantasiyasından fermerlər növbəti ilin aprel, may, iyun aylarında məhsulun yığımına başlayacaqlar. Statistik göstəricilərə görə, bir hektardan 5-12 ton məhsul əldə etmək mümkündür.
Xəbər lenti
Hamısına baxXəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16
Gündəm
22 Sentyabr 08:54
Gündəm
22 Sentyabr 08:30
Hadisə
22 Sentyabr 07:52
Sosial
22 Sentyabr 07:23
Dünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35

