Gənc yaşda böyük hədəflər: Nurtəm Qasımzadənin uğur yolu
05.04.2026 [13:55]
Elm və təhsildə uğur qazanmaq təkcə istedad yox, həm də zəhmət, davamlılıq və doğru yanaşma tələb edir. Bu dəfə sizə gənc yaşına baxmayaraq artıq diqqət çəkən nailiyyətlər əldə etmiş bir şagirdi – Nurtəm Qasımzadəni təqdim edirik. O, S.C. Pişəvəri adına humanitar məktəbin şagirdidir və həm akademik göstəriciləri, həm də elmi fəaliyyətləri ilə seçilir.
Nurtəm 9-cu sinfi 284 balla və qırmızı attestatla bitirib, həmçinin “Kiçik Akademiya” konfransında coğrafiya bölməsi üzrə 2 dəfə I yer, 1 dəfə isə III yer qazanıb. Onunla söhbətimizdə uğura aparan yolu, düşüncə tərzini və gələcək planlarını öyrənməyə çalışdıq.
Özünü üç sözlə necə təsvir edərdin?
Enerjili, yaradıcı və məqsədyönlü biriyəm.
Akademik uğurların arasında səni ən çox qürurlandıran hansıdır və niyə?
Düzü, 9-cu sinfi qırmızı attestatla bitirməyim məni həqiqətən qürurlandırır. Çünki bunun arxasında çox zəhmət və davamlılıq var.
Beynəlxalq yarışlarda iştirak etmək istəyin necə yarandı?
Düzünü desəm, bu olimpiada mənim ilk ciddi yarışım idi. Əvvəlcə sadəcə özümü sınamaq istəyirdim, amma prosesə daxil olduqca bu sahəyə nə qədər maraq göstərdiyimi anladım.
Səncə, beynəlxalq yarışlarla yerli müsabiqələr arasında əsas fərqlər nələrdir?
Yerli yarışlar mənə nələri bacardığımı daha aydın göstərdi, beynəlxalq yarışlar isə hələ öyrənməli olduğum çox şey olduğunu göstərəcək. Əsas fərq təkcə rəqabətdə deyil, müxtəlif ölkələrdən olan insanların fərqli düşüncə tərzlərini görmək və bununla özümü inkişaf etdirmək imkanındadır.
Belə yarışlara hazırlaşmaq üçün necə bir strategiya qurursan?
Düzünü desəm, bu olimpiadanı bir az gec kəşf etdiyim üçün əvvəlcədən çox sistemli və dəqiq strategiya qura bilmədim. Amma tez-tez etdiyim bir şey – mövzunu öyrəndikdən sonra güzgüyə və ya birinə izah etməkdir.
Xarici ölkələrdən olan iştirakçılarla rəqabət aparmaq sənə nə öyrədib?
Beynəlxalq rəqabətə hələ yeni hazırlaşıram, amma bu yol mənə bir şeyi indidən öyrədib: həmişə səndən daha fərqli və bəlkə də daha praktik düşünən biri ola bilər. Bu rəqabət qorxulu deyil, əksinə, öz limitlərimi görmək və onlardan daha çox şey öyrənmək üçün böyük fürsətdir.
Uğur qazanmaq üçün daha vacib nədir: istedad, yoxsa zəhmət?
İstedad vacibdir, amma təkbaşına kifayət etmir. Əsas fərqi yaradan şey gündəlik zəhmət və səbirdir.
Qırmızı attestat almaq üçün hansı gündəlik vərdişlər sənə kömək edib?
Açığı, hər gün saatlarla oxuyan biri olmamışam. Amma fənlərin çoxunda bazam yaxşı idi və mövzuları vaxtında təkrar edirdim. Müəllimlərimin yönləndirməsi də işimi asanlaşdırdı.
Stress və həyəcanla necə mübarizə aparırsan, xüsusilə vacib yarışlar zamanı?
Başlanğıcda həyəcan yaşamaq mənim üçün normaldır. Amma erkən gəlmək, ətrafı müşahidə etmək və özümü yarış atmosferinə tədricən salmaq stressi xeyli azaldır. Həmçinin ailə üzvlərimin dəstəyi də məni rahatladır.
Gələcəkdə özünü beynəlxalq səviyyədə hansı uğurlarla görürsən?
Beynəlxalq səviyyədə təcrübə qazanmaq və zamanla yüksək nəticələr əldə etmək istəyirəm.
Nurtəm Qasımzadənin hekayəsi göstərir ki, uğur təsadüfi deyil — o, maraq, zəhmət və düzgün yanaşmanın nəticəsidir. Gənc yaşda qazandığı nailiyyətlər onun gələcəkdə daha böyük uğurlara imza atacağının göstəricisidir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08

