Dövlət Komitəsi Avropa Parlamentinin qətnaməsinə etiraz edib
17.03.2022 [11:36]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Avropa Parlamentinin martın 10-da qəbul etdiyi qətnaməyə etiraz olaraq bəyanat qəbul edib və həmin sənəd Avropa Parlamentinə göndərilib.
Komitədən APA-ya verilən xəbərə görə, bəyanatda sözügedən qətnamə Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazi bütövlüyü və suverenliyinin şübhə altına alınmasına, aqressiv separatizmin açıq şəkildə dəstəklənməsinə, o cümlədən azad edilmiş ərazilərdə Azərbaycana məxsus tarixi, dini-mədəni irsin erməniləşdirilməsinə hüquqi don geyindirilməsi cəhdlərinə yönəlik addım kimi şiddətlə qınanılıb və qərəzli hesab edilib.
Sənədin erməni lobbi qruplarının təsiri altında hazırlandığı bildirilərək, onun real vəziyyəti əks etdirmədiyini, Azərbaycan tərəfinin tarixi-dini, o cümlədən qəbirüstü abidələrə olan həqiqi münasibəti fonunda ermənilərin saxta iddialarını özündə əks etdirdiyi təəssüflə qeyd edilib.
Eyni zamanda vurğulanıb ki, qətnamədə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “erməni” abidələri heç bir fakta söykənməyən rəqəmlərlə göstərildiyi halda Azərbaycana məxsus tarixi-dini abidələrin aqibətinə göz yumulur. Belə ki, azad edilmiş ərazilərdə (67 məsciddən 65-i dağıdılmış, Ağdam Cümə məscidi hərbi məqsəd naminə qismən salamat saxlanılıb, Şuşadakı Yuxarı Gövhərağa məscidi isə təmir adı altında saxtalaşdırılaraq fars məscidi kimi təqdim edilib) və bugünkü Ermənistan ərazisində qarşı tərəfdən azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımın həyata keçirilməsi, Azərbaycan toponimlərinin erməniləşdirilməsi, yüzlərlə tarixi-mədəni abidələrlə bərabər, məscid, ziyarətgahların dağıdılması və heyvanlar saxlanılmaqla dini dəyərlərin təhqir edilməsi, həmçinin ölkəmizin Xristianlığa aid irsinin - Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının varisi olduğu Qafqaz Albaniyasının Alban Apostol kilsəsinin, eləcə də pravoslav xristian məbədlərinin saxtalaşdırılaraq qriqoryanlaşdırılması və ya məhv edilməsi faktı məqsədli şəkildə göstərilmir. Ümumiyyətlə, Azərbaycanın dini-mədəni irsinin məruz qaldığı vandalizm aktları barədə heç bir qeydə rast gəlmək mümkün deyil.
Dövlət Komitəsinin bəyanatında işğal dövründə erməni vandalları tərəfindən hətta qəbiristanlıqlara da aman verilmədiyinə, ümumilikdə təqribən 900-dən çox qəbiristanlığın tamamilə dağıdılaraq yerlə bir edilməsinə, qəbir daşlarının sındırılmasına, məzarların qazılaraq cəsədlərin çıxarılmasına, təhqir olunmasına, qəbirüstü abidələrin talan edilməsinə, Azərbaycan vətəndaşlarının 30 il ərzində öz yaxınlarının məzarlarını ziyarətdən məhrum edilməsinə diqqət yönəldilib.
Etiraz Bəyanatında 44 günlük Vətən müharibəsi müddətində Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin mülki obyektlərinə, habelə dini təyinatlı binalara hər hansı hücum əməliyyatı həyata keçirilməməsi xarici jurnalistlərin belə dəfələrlə təsdiqlədiyi fakt kimi bir daha vurğulanmışdır. Hərbi əməliyyatlar bitdikdən dərhal sonra Azərbaycan hökuməti tərəfindən azad olunmuş ərazilərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən dağıdılmış bütün dini abidələrin bərpa edilməsinin bəyan edilməsi, həmin ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən, “Böyük Qayıdış” proqramı əsasında bərpa prosesinin başlandığı öz əksini tapmışdır. Habelə Azərbaycan tərəfindən bütün ölkə miqyasında olduğu kimi, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdəki tarixi-dini abidələrin Azərbaycan irsinə məxsusluğu və onların qorunmasının Azərbaycan dövlətinin öhdəliyində olmasının müxtəlif kürsülərdən ən yüksək səviyyədə dəfələrlə bildirildiyi qeyd edilib.
Şuşada məscidlərlə yanaşı, iki kilsənin bərpası Azərbaycanın abidələrə qarşı fərq qoymaması, əksinə müxtəlif mədəniyyətlərə və dinlərə hörmət nümayiş etdirməsi , bütün dini nümunələri milli-mənəvi dəyərlərinin bir parçası kimi qəbul etməsinin bariz göstəricisi kimi vurğulanıb.
Qeyd edilənlərlə yanaşı, Azərbaycanın Ermənistandan fərqli olaraq, tarixi-mədəni irsinə dini və etnik zəmində ayrı-seçkilik etmədiyi və Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası da daxil olmaqla, beynəlxalq konvensiyalar üzrə öhdəliklərinə sadiqliyi, qarşı tərəfin isə əksinə, Konvensiya ilə bərabər “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyası və s. beynəlxalq norma və standartların tələblərini kobud surətdə pozduğu ifadə edilmişdir.
Bəyanatda 2022-ci il fevral ayının 4-də Azərbaycan Respublikasının Prezidenti, Avropa İttifaqına sədrliyi qismində Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin iştirakı ilə videoformatda keçirilmiş görüşün nəticəsi olaraq UNESCO missiyasının Azərbaycana və Ermənistana göndərilməsinə dair razılıq ifadə edilməsi Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni irsin vəziyyətinin öyrənilməsi zərurətinin təsdiqi olduğu bildirilmiş, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə nədənsə bu məsələyə ümumiyyətlə toxunulmaması təəssüflə qarşılanıb.
Sonda Dövlət Komitəsi Avropa Parlamentinin erməni mənbələrinə əsaslanan qərəzli məlumatlar yaymaq cəhdini bir daha şiddətlə qınamaqla sözügedən qurumu gələcəkdə obyektiv qətnamələrin qəbuluna çağırıb.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

