17 qanun layihəsinə dəyişikliklər qəbul edildi
28.05.2022 [00:22]
Günel ABBAS
Mayın 27-də Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib. Toplantının gündəliyinə 17 məsələ daxil edilib.
Əvvəlcə Milli Məclisin sədri mayın 17-də İƏT PA-nın Ümumi Konfransında imzalanan Bakı Bəyannaməsindən danışıb. Bildirib ki, Azərbaycan Bakı Bəyannaməsində 44 günlük Vətən müharibəsində qazandığı zəfərlə bağlı təbrik edilir. Onun sözlərinə görə, sənəddə, həmçinin həmin ərazilərin bərpası ilə bağlı çağırış edilir, Zəngəzur dəhlizi ilə bağlı ciddi dəstək nümayiş etdirilir.
Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin növbəti iclası haqda məlumat verib. Bildirib ki, Xarici əlaqələr komitələrinin VIII üçtərəfli iclası Tbilisidə keçiriləcək. Onun sözlərinə görə, Azərbaycanın mövqeyi Tbilisidə təqdim ediləcək.
Ardınca “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna, İnzibati Prosessual Məcəlləsinə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna, İnzibati Xətalar Məcəlləsinə, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlara, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna, Şəhərsalma və Tikinti Məcəlləsinə, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunlara dəyişiklik layihələri üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Sonra “Elektroenergetika haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlara, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələri ikinci oxunuşda təsdiqlənib.
Daha sonra Cinayət Məcəlləsinə dəyişiklik layihəsi, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” qanunlara dəyişiklik layihəsi, “Ələt azad iqtisadi zonası haqqında” qanuna dəyişiklik layihəsi, Mülki Məcəlləyə, Miqrasiya Məcəlləsinə, “Yanğın təhlükəsizliyi haqqında”, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Telekommunikasiya haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Pambıqçılıq haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunlara dəyişiklik edilməsi layihəsi, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna dəyişiklik layihəsi, “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna dəyişiklik layihələri birinci oxunuşda qəbul edilib.
Deputat Qüdrət Həsənquliyev “Ələt Azad İqtisadi Zonası haqqında” qanuna dəyişikliklər layihəsinin I oxunuşda müzakirəsi zamanı qanunda Konstitusiyaya zidd müddəaların olduğunu iddia edib. Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deputatın çıxışına sərt reaksiya verib. O, deputatın iddialarının doğru olmadığını deyib: “Prezident Administrasiyasında müvafiq şöbələr, komitələr var. Onlar da bu dəyişikliklərə baxaraq rəy veriblər. Orada Konstitusiyaya zidd heç bir maddə yoxdur”. V.Ələsgərov eləcə də deputatlardan şikayətlənib. Deputatlardan imkan daxilində yerində bütün məsələlərə baxmalarını xahiş edib.
Sonda Milli Məclis 28 may - Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib. Milli Məclisin sədri Sahibə Qafarova təklif edib ki, bununla bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin. Deputatlar təklifi alqışlarla qarşılayıblar.
Sədrin sözlərinə görə, bu gün Prezidentin həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanı yeni qələbələrə aparır. O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin ənənələri bu gün də xalqımız tərəfindən davam etdirilir.
Beləliklə, Milli Məclisin növbəti plenar iclası başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

