Magistraturaya ixtisaslaşma seçimi başlayıb
29.06.2022 [11:36]
2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi 2022-ci il iyunun 29-dan iyulun 5-dək aparılacaq.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, ixtisaslaşma seçiminə magistraturaya 20 fevral və 29 may 2022-ci il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.
Müsabiqədə iştirak etmək hüququ olan bakalavrlar 2022-ci il iyunun 29-dan iyulun 5 dək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini aparmalıdırlar. Bakalavrlar öz istəklərinə görə ixtisaslaşma seçimində və müsabiqədə imtahanın hər hansı bir cəhdində göstərdikləri nəticə (topladıqları bal) əsasında iştirak edə bilərlər. Hər iki imtahan nəticəsi müsabiqə şərtini ödəyən bakalavrlar müsabiqədə iştirak etmək istədikləri imtahan nəticəsini seçirlər.
İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan 20-dək ixtisaslaşmanın kodunu seçərək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilən bütün ixtisaslaşmalar seçim cədvəlinə əsasən bakalavrın bitirdiyi ixtisasa görə seçmək hüququ olan bir və ya daha çox sayda qəbul proqramına aid ola bilər (qəbul aparılan ixtisaslaşmalar və həmin ixtisaslaşmalara ayrılan yerlərin proqramlar üzrə siyahısı “Magistr” jurnalının 4-cü nömrəsində təqdim olunub).
«Magistr» jurnalının 4-cü nömrəsini "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq mümkündür.
Müsabiqəyə yalnız “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.
İxtisaslaşma seçimi elanının tam mətni ilə buradan tanış olmaq mümkündür.
Xəbər lenti
Hamısına baxSosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37

