Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının növbəti iclası keçırıləcək

Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının növbəti iclası keçırıləcək

12.07.2022 [20:51]

İyulun 19-da Brüsseldə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə Avropa İttifaqı və Azərbaycan arasında Əməkdaşlıq Şurasının on səkkizinci iclası keçiriləcək.

"Report" bu barədə Avropa İttifaqı Şurasının rəsmi saytına istinadən xəbər verir.

Aİ-nin nümayəndə heyətinə xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Josep Borrel rəhbərlik edəcək.

Əməkdaşlıq Şurası Aİ-Azərbaycan ikitərəfli münasibətlərində mövcud vəziyyəti və növbəti addımları müzakirə edəcək, diqqəti Aİ-Azərbaycan tərəfdaşlıq prioritetləri və sektoral əməkdaşlığa, eləcə də Şərq Tərəfdaşlığına, İqtisadi və İnvestisiya Planının icrasına yönəldəcək.

Daha sonra Əməkdaşlıq Şurası siyasi məsələlər, o cümlədən regional problemlər, demokratiya, qanunun aliliyi və insan hüquqları ilə bağlı fikir mübadiləsi aparacaq.

Paylaş:
Baxılıb: 511 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31